ALİMPAŞA MƏMMƏDOVUN PAŞALIQ NİYYƏTİ... - Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir

Baxış sayı: 
63
3  
0  

Ölkə prezident İlham Əliyevin son vaxtlar keçirdiyi islahatlar və uğurlu kadr siyasətini  hər bir vicdanlı Azərbaycan vətəndaşı alqışlayır. Yeni təyin olunmuş icra  başçılarının əksəriyyəi qəbul günlərini ləğv ediblər. Beləliklə vətəndaşların rəğbətini qazanıblar. Vətəndaşlar ayın, həftənin, günün istənilən saatında onu  narahat edən problemlərlə əlaqədar başçının qəbuluna gələ bilərlər.
Vətəndaşlara  belə  münasibət  isə  əsl  xalqa  xidmət  etmək  deməkdir. Onda  həmin  yerlərdən  də  şikayətlər  az  olacaqdır. Amma  çox  təəssüf  ki,  bir-neçə  dəfə  KİV-lər  də  qeyd  olunub  ki,  Prezident  Adminitrasiyasına  daxil  olan  şikayətlərin  sayına  görə  Şəmkir  birinci  yerdədir. 2014-cü  il  oktyabr  ayının  8-də  Alimpaşa  Məmmədov  Şəmkir  rayonuna  icra  başçısı  təyin  olandan  sonra, bu “birincilik” başlayıb. Şəmkir  əhalisinin  qara  günləri  də  həmin  tarixdən  yaranıb.
Adı  bir  çox  korrupsiya  əməllərində  hallanan  Alimpaşa  Məmmədovun  da  özbaşınalığı  zaman  ötdükcə  artıb.
Dəyərli  oxucular,  Alimpaşa  müəllimin  bir-neçə  özbaşınalıq  faktını  Sizin  nəzərinizə  çatdırıram.
“Atabank”  Açıq  Səhmdar  Cəmiyyətindən  2015-ci  ildə  güzəştli  qayda  ilə  uzun  müddətə  yəni  on  ilə  götürülmüş  kreditlərin  hesabına  iş  yerləri, əmək  fəaliyyətləri yoxdur. Milyonlarla  pul  vəsaiti  mənimsənilmiş,  israfçılıqla  yox  edilmişdir.
2015-ci  ildə  Şəmkir  bələdiyyəsinin  təsisçilyi  ilə  yaradılmış  “Abad  Şəmkir”  Məhdud  Məsuliyyətli  Cəmiyyət  “Natural”  su  zavodu  tikintisi  üçün  “Atabank”dan 10  il  müddətinə 700.000  (yeddi  yüz  min)  manat  pul  götürmüş,  istismar  müddəti  başa  çatmış,  şəhərin  futbol  meydançasından  sökülən  tikinti,  materialları,  şifer-dam  örtükləri,  dəmir  armaturlar  hesabına  zavod  ərsəyə  gəlmiş  2  ay  işlədikdən  sonra  işçilərin  əmək  haqqları  ödənmədən  su  savodu  bağlanmışdır. Bunun  səbəblərindən  biri  pulun  mənimsənilməsi  üçün  köhnə,  işlənmiş  su  xətti  avadanlıqlarının  alınması  olmuşdur. İşçilər  bu gunədək  əmək  haqqlarını  ala  bilmədikləri  üçün  şikayətçidirlər.
Şəmkir  bələdiyyəsinin  təsisçiliyi  ilə  yaradılmış  “Ceyrançöl-1”  MMC  2015-ci  ildə  yenə    10  il  müddətinə  4  milyon  502 min  manat  kredit  götürmüşdür,  dövlətə  vaxtlı-vaxtında  hesabat  verməmiş,  bu  kulli  miqdarda  pulun  əvəzinə  Ceyrançölündə  kələm,  pomidor,  brokkoli  əkdirərək  yüz  min  manatlarla  zərər  etmiş,  sonra  şəkər  çuğunduru  əkmiş  həkimləri,  müəllimləri,  tibb  işçilərini,  uşaq  bağçası tərbiyəçilərini və s.  idarə  təşkilatları  pulsuz  işlədərək  onların  zəhmətindən  istifadə  etmiş,  krediti  mənimsəmişlər. İqtisadiyyat  Nazirliyinin  Sahibkarlığa  Kömək  Fonduna  və  Atabanka  borclar  ödənməmişdir,  hesabatları  verilməmişdir.
Şəmkir  bələdiyyəsinin  təsisçiliyi  ilə  yaradılmış  daha  bir  “Morul-Tikinti”  MMC-yə  2015-ci  ildə  1  milyon  200  min  manat  kredit  götürülmüş,  bu  gun  də heç  bir  fəaliyyət,  mənfəət  yoxdur. Kölgəli  iqtisadiyyatla  məşğul  olunmuşdur. Bu  vəsaitlər  bələdiyyənin  məktubu  ilə “Atabank”dan  ayrılmışdır.
“Atabank”ın  ağır  vəziyyətə  düçar  olmasının  səbəbkarlarından  biri  də  göründüyü  kimi  Şəmkir  İcra  Hakimiyyətinin başçısı Alimpaşa  Məmmədov  olmuşdur. Şəmkir  bələdiyyəsindən  başqa  Şəmkir  rayonunun  Çənlibel  bələdiyyəsi  70  baş  maral  almaq  məqsədilə Çinarlı  bələdiyyəsi  əkin  torpaqlarında  qanunsuz  tikinti  işləri  aparmışdır. Məsələn, “Şəmkir  Səbət”  bazarı, Sabirkənd  bələdiyyəsi  əkin  torpaqlarında  taxta  şalban  topdan  satış  bazarı  və  s. tikmişdir.
“Atabank”dan  yüzmin  manatlarla  kredit  götürmüş,  onun  5  il  müddəti  keçməsinə  baxmayaraq  vaxtlı-vaxtında  hesabatlarını  verməmişlər,  kreditin  əsas  borcundan  qaytarılmamış,  kredit  vəsaiti  mənimsənilmiş,  bazarlar  isə  sahibkarlar  və  bələdiyyələrin  daxili  imkanları  hesabına  tikilmişdir, kölgə  iqtisadiyyat  hökm  sürməkdədir.
Alimpaşa  Məmmədovun  gördükləri,  həyata  keçirdikləri  haram  yol  ilə  layihələndirilən  işlər  fayda,  səmərə  verməmişdir. Dövlət  başçısı  cənab  İ.Əliyev  təsadüfən  deməmişdir  ki,  məmurlar  xalqdan  qorxmurlar,  heç  olmasa  Allahdan  qorxsunlar.
Bəhlul ORUCOĞLU,
Araşdırmaçı-jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Qarabağ müharibəsi  veteranı, ehtiyatda olan ədliyyə mayoru, şair-publisist
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Загрузка...
Загрузка...