Alimlər beyin qocalmasını yavaşlatmağın yolunu tapdı

Baxış sayı: 
72
1  
0  

Alimlər neyronların meydana gəlməsini stimullaşdırmaq və idrak qabiliyyətlərini artırmaq üçün zülal ifraz edən hüceyrələri aktivləşdirə bilib.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı alimlər beyin qocalmasını yavaşlatmağın bir yolunu tapıb, araşdırmanın nəticələri “Journal of Experimental Medicine” jurnalında dərc edilib.
 
Məlum olub ki, yaşlanmış “boz maddə”də müəyyən bir immun hüceyrə - ikinci qrupun limfoid hüceyrələri (ILC2) toplanır. Onları aktivləşdirsəniz, proseslər daha yavaş davam edəcəkdir. ILC2s bədənin müxtəlif toxumalarında olur, lakin onların mərkəzi sinir sistemində yayılması əvvəllər alimlərə məlum deyildi.
 
 
 
Təcrübə siçanlar üzərində aparılıb. Yaşlı siçanlarda ILC2s beyin və onurğa beyin mayesi istehsal edən damar pleksusunda yığılıb. O, idrak fəaliyyətinə cavabdehlik daşıyan və beynin bir hissəsi olan hipokampusun yanında yerləşir. “Yuxu” hüceyrələri sitokin interleukin 33 (IL-33) istifadə edərək aktivləşdirilib, bundan sonra onlar yaşlı gəmiricilərdə zehni prosesləri yaxşılaşdıran neyronların meydana gəlməsini stimullaşdıran zülallar ifraz etməyə başlayıb.
 
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda daha uzun yaşamaq üçün ruslara beyinlərini məşq etdirməyi məsləhət görmüşdq.
 
Qeyd edək ki, yaradıcı və intellektual fəaliyyətlə məşğul olan insanlarda beyin qocalması ləng gedir, nəticə etibarı ilə həyat keyfiyyətləri və ömrü artır.
 
 
 
Aytən Məftun

Загрузка...
Загрузка...