“Alimentlərin ödənilməməsi azyaşlı uşaqların inkişafına mənfi təsir göstərir”

Baxış sayı: 
92
1  
1  
Bu gün boşanmaların sayı artıqdca, qadınların aliment ala bilməməsi problemi də çoxalır. Bunun isə bir neçə səbəbləri var. Ekspertlər isə bu kimi problemlərin qarşısını almaq üçün aliment fondunun yaradılmasını tez-tez gündəmə gətirirlər. 
 
Turaninfo.org xəbər verir ki,Hüquqşunas Ələsgər Məmmədli Moderator.az-a açıqlamasında bildirdi ki, dövlətin bununla bağlı tədbir görməsi zəruridir:
 
“Əslində bununla bağlı Ombusmanın da çıxışı var idi. Vahid aliment fondunun yaradılması və məhkəmə qərarının icrasına yönəldilməsi, daha sonra aliment ödəməli olan şəxslə icra qaydasında, məcburi şəkildə ödəmə, yəni birbaşa aliment almalı olan şəxs aliment ala bilmirsə, pis vəziyyətdə qalmasın deyə dövlət ona təminat versin. Bu sistem əgər həyata keçirilsə, nəyəsə nail olmaq olar. Hal-hazırda qırx-əlli faiz alimentlərin ödənməməsi problemi var və bu da azyaşlı uşaqların böyüməsinə və inkişafına mənfi təsir göstərir. Dövlət bu məsələnin həlliylə bağlı nəsə etməlidir, ya məhkəmə qərarlarını tam şəkildə icra etdirməlidir, ya da özü bir fond yaradıb ən azından sosial qaydaya ehtiyacı olan adamları təmin etməlidir”. 
Загрузка...
Загрузка...