Aleksandr Əliyevdə koronavirus simptomları aşkarlandı - FOTO

Baxış sayı: 
76
2  
0  

Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və Moskva “Lokomotiv”inin sabiq futbolçusu Aleksandr Əliyev koronavirus simptomları ilə üzləşib.

Turaninfo.org xəbər verir ki, A.Əliyev “Instagram”ın “Story” bölməsinə yerləşdirdiyi videosunda 37,4 - 37,5 dərəcə temperaturunun olduğunu bildirib.

Hazırda həvəskarlar liqasında çıxış edən 35 yaşlı futbolçu yalnız öskürdüyünü və özünü yaxşı hiss etdiyini, ancaq məsləhətə ehtiyacı olduğunu deyib.

O, həmin gün qızı ilə gəzintiyə çıxdığını da vurğulayıb.

Qeyd edək ki, daha əvvəl A.Əliyev yayılan koronavirus pandemiyasının saxta olduğunu bildirmişdi.

Загрузка...
Загрузка...