Aktrisanın səhnədə halı qəfil pisləşdi – FOTO

Baxış sayı: 
54
1  
0  

Türkiyəli aktrisa Qonca Vuslaterinin “Erkek arkadaşım bir feminist” adlı tamaşanın nümayişi zamanı halı pisləşib.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tamaşanın 20-ci dəqiqəsində halı pisləşən aktrisa təcili kulisə aparılıb. Tamaşanı erkən bitirməli olan teatr kollektivi tamaşaçılardan üzr istəyib.
 
Cihangirdəki evinə gətirilən Qonca Vuslateri sosial mediada səhhəti ilə bağlı açıqlama yayıb:
 
“Böyük həyəcanla oyunumuzu oynayarkən birdən qan təzyiqim düşdü, odur ki, oyunu erkən başa vurmalı olduq. Məni anlayışla qarşılayan, alqışlamağa davam edən əziz qonaqlara, o cümlədən tərəf müqabilim Fırat Tanışa dərin təşəkkürümü bildirirəm. Lazımi müdaxilələr edildi, indi yaxşıyam, maraqlanan hər kəsə çox təşəkkür edirəm”.

Загрузка...
Загрузка...