Aktrisa kənd qadını obrazına girdi - FOTO

Baxış sayı: 
109
1  
0  

Aktrisa Sevinc Əliyeva kənd qadını obrazına girib.
 
Publika.az xəbər verir ki, sənətçi fotolarını İnstaqram səhifəsində yayımlayıb. İzləyicilərin əksəriyyəti isə onu bu paylaşımına görə peşman ediblər.
 
Onlar Sevinci kənddə yaşayan xanımları tənqid etməkdə günahlandırıblar, onları lağa qoyduğunu iddia ediblər.
 
Sevinc yazılan tənqidlərə cavab verərərk "Şəkil sadəcə sizə fərqli Sevinc göstərmək üçün paylaşıldı. Məni tanıyanlar bilir ki, nəyinki kənd camaatını, ümumiyyətlə insanları heç vaxt lağa qoymuram. Bilməyənlər də bilsin, nənəm, babam kənddə yaşayıb. Hələ də oralarda yaşayan qohumlarım var. İnsan hörmətini yaşadığı yeri ilə yox, yaşadığı mənəviyyatı ilə qazanır" sözlərini yazıb.

Загрузка...
Загрузка...