​Ailələrin intim həyatı ictimailəşdirilir - Ər arvadla yatmaq üçün İCAZƏ ALACAQ

İsveçdə 2018-ci il üçün yeni qanun layihəsi hazırlanıb. Belə ki, bu ölkədə həyat yoldaşı ilə intim münasibətlərə girmək istəyən kişi mütləq şəkildə notariusa gedərək qadının yazılı şəkildə razılığını almalıdır. Əks halda bu, cinayət hesab edilir.
Publika.az xəbər verir ki, İsveçdə artıq ailələrin intim həyatı ictimailəşdirilir. 2018-ci ilin iyul ayından qüvvəyə minəcək qanun, İsveç vətəndaşlarının şəxsi həyatı və intim münasibətlərində bir sıra dəyişikliklərə imza atacaq. Partnoyu ilə yaxın əlaqəyə girmək istəyən vətəndaşlar, öncədən xanımı ilə notariusda razılıq imzalamalıdır. Əks təqdirdə evli olsalar belə, bu, zorlama hadisəsi kimi qeydə alınacaq və kişi cinayət məsuliyyətinə cəlb olunacaq. Bu isə ölkədə qadına qarşı zorakılığın qarşısını almaq məqsədilə hazırlanmış qanun layihəsinin sadəcə bir hissəsidir.
"Razılıq prinsipi"
İsveç parlamenti seksual zorakılıq qurbanı olan xanımları qorumaq üçün xüsusi "razılıq prinsipi" hazırlayıb. İsveç cəmiyyətində seksizm və seksual zorakılıq mövzusunda aparılan açıq mübarizə cari ildən yeni qanunlarla tənzimlənəcək. Feministlər və bir sıra hüquq müdafiəçiləri qadınların müxtəlif yollarla seksual münasibətlərə vadar olunduqlarını bildirərək, bu halların qarşısını sosial layihələrdən daha çox alacaq qanuna ehtiyac duyulduğunu bəyan ediblər.
Şifahi və ya yazılı razılıq
Köhnə qanunlara görə, İsveçdə qadının bir dəfə belə olsun "yox" dediyindən sonra yaşanan intim münasibət cinayət məsuliyyəti daşıyırdısa, artıq bu cür zərurətə ehtiyac qalmayacaq. 2018-ci ildən qüvvəyə minəcək yeni maddələrə görə, artıq İsveç sərhədləri daxilində istənilən yerli və ya xarici ölkə vətəndaşı hər hansı bir qadınla intim münasibətə girmək istədiyi zaman mütləq şəkildə yazılı icazə kağızı almalıdır. Seksual akt intim münasibətlərin bütün növlərinə daxildir və hər biri üçün ayrı-ayrılıqda alınmalıdır.
İsveç Parlamenti onu da qeyd edir ki, aktda yalnız sual və konkret (hə/yox) cavab yer almalıdır. Əlavə və qeyri-dəqiq fikirlərə icazə verilmir. Qadın davranışları və sözləri ilə könüllü şəkildə sizinlə yaxınlıq etmək istədiyini büruzə versə belə, yazılı ifadənin alınması mütləqdir.
İsveçin baş naziri Stefan Leven seksual münasibətləri tənzimləyəcək qanunun "razılıq prinsipi"ni belə şərh edib:
"Hər şeydən əvvəl siz seksual münasibətdə olmaq istədiyiniz şəxsdən müəyyən reaksiya almalısınız. Əgər qarşı tərəf sizə müsbət reaksiya vermirsə, onu buna məcbur etmək olmaz. Seks könüllü olmalıdır".
İsveçdə notarius nəzdində xüsusi polis xidməti
İsveçin yeni qanunlarına görə, yaradılan təhlükəsizlik xidməti (polis) intim münasibətlər, seksual zorakılıq faktlarından başqa, heç bir başqa işi araşdıra bilməyəcəklər. Bu səbəbdən də, ömrünün bir neçə ilini barmaqlıqlar arasında keçirtmək istəməyən hər kəs qaydalara əməl edəcək.
Bella

Загрузка...
Загрузка...