​Ailə toplantısı sona çatdı - Kraliça qərarını açıqladı

Baxış sayı: 
45
1  
0  

 
 
Böyük Britaniya kraliçası II Elizabet nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan imtina etmələri və “yeni həyat”a başlamaqla bağlı qərarlarını dəstəklədiyini açıqlayıb.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Bukingem sarayı bəyanat yayıb.
 
“Bu gün ailəm nəvəmin və ailəsinin gələcəyi ilə bağlı çox konstruktiv müzakirələr apardı. Ailəm və mən gənc ailə olaraq özləri üçün yeni bir həyat yaratmaq istəyində Harri və həyat yoldaşı Meqanı tam dəstəkləyirik. Hərçənd ki, mən və ailəm onların kral ailəsinin üzvlərinin öhdəliklərinin icrasını davam etdirmələrini çox istərdik. Lakin, onların müstəqil həyat yaşamaq və sərbəst ailə kimi qalmaq istəklərini hörmətlə anlayırıq və qarşılayırıq”, deyə məlumatda qeyd olunub.
 
Qeyd edək ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...