Ağ Evdə ZƏLZƏLƏ: bu ölkənin kəşfiyyatı Trampı ilk ildir dinləyir - SENSASİON İDDİA

Baxış sayı: 
65
1  
0  

Son iki ildir Ağ Ev və Vaşinqtondakı strateji qurumların ətrafında aşkarlanan kəşfiyyat cihazlarında İsrail agentlərinin izlərinə rast gəlinib.
 
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sensasion iddia ilə ABŞ-ın “Politico” qəzeti çıxış edib.
 
İdddiaya görə, sözügedən cihazlar prezident Donald Tramp və digər yüksək səviyyəli şəxslərin telefon danışıqlarının dinlənilməsi üçün qoyulub.
 
Xəbərə görə, Tramp administrasiyası bu mövzuda İsrailə hər hansı reaksiya verməyib. İddiaya görə, prezident Ağ Evdəki təhlükəsizlik protokollarına əməl etməyərək dostları və yaxın adamları ilə danışarkən etibarlı olmayan mobil telefonlardan istifadə edib.

 
Keçmiş yüksək səviyyəli kəşfiyyat rəsmisi “Politico”ya açıqlamasında Federal Təhqiqatlar Bürosunun (FTB) aşkar edilən cihazların araşdırılması zamanı İsrail agentlərinin izlərini tapdığını söyləyib.
 
“İsrailin bunun üçün məsuliyyət daşıdığı açıqdır”, - o deyib.

Загрузка...
Загрузка...