Afaq Aslan Avropanın ƏN GÖZƏL QADINI olmaq üçün yarışacaq - FOTOLAR

Baxış sayı: 
82
1  
0  

“Hər il İtaliyada Beynəlxalq səviyyədə keçirilən “Miss Europa Continental” yarışmasının təşkilatçıları tərəfindən modellik yarışmasına təklif almışam”.
 
Publika.az xəbər verir ki, bunu müğənni Afaq Aslan instaqramda yazıb.
 
Yeni fotosessiyasından görüntülərini izləyiciləri ilə bölüşən müğənni bildirib ki, 7-ci dəfə keçiriləcək yarışmanın məqsədi İtaliyada Avropanın ən gözəl xanımlarını seçməkdir: “Təşkilat tərəfindən bu günə qədər Azərbaycanda hər hansı bir tanınmışa yarışmada iştirak etmək hüququ verilməyib. Lakin təşkilatın münsifləri tərəfindən bu dəfə mənə Azərbaycanı təmsil etmək üçün təklif olunub. Çox götür-qoy edərək mənə göndərilən təkliflə tanış oldum və qarşılıqlı müqavilə imzaladıq. Nəticədə, rəsmi olaraq "Miss Europa Continental 2019" yarışmasının Azərbaycan təmsilçisi seçildim”.
 
A.Aslan bildirib ki, noyabrın 19-24-ü ərəfələrində İtaliyada Avropanın ən gözəl siması olmağı qarşısına məqsəd qoyaraq, oraya üz tutacaq: “Qeyd edim ki, yarışmanın qalibləri Avropanın ən öndə gedən brend şirkətləri ilə müqavilə imzalayıb, onların simaları olacaq və mən Azərbaycanı bu yarışmada təmsil edən ilk azərbaycanlı xanım olacam”.

Загрузка...
Загрузка...