​ADU rektorundan tələbələri sevindirəcək QƏRAR

Baxış sayı: 
95
4  
0  

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tələbələrin imtahanları və digər akademik borcları ilə bağlı qərar imzalayıb.
 
Publika.az xəbər verir ki, qərara əsasən yay imtahan sessiyası onlayn keçirilir.
 
Qərarda deyilir:
 
1. Azərbaycan Dillər Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 8 iyun 2020-ci il tarixindən etibarən 5 həftə ərzində onlayn qaydada təşkil olunsun.
 
2. Müəyyən səbəbdən onlayn dərslərdə iştirak etməyən və digər platformalarla (e-mail, Google Classroom, Whatsapp) əlaqə saxlayan tələbələr də imtahana qədər 34-dən başlayaraq 50 bala qədər müəllim tərəfindən qiymətləndirilsin.
 
3. Davamedici fənlər üzrə (cari semestrdə giriş balı olmaq şərtilə) əvvəlki semestrdə tələbənin imtahandan topladığı bal bu semestrdə keçərli hesab olunsun. (Bu ilki giriş balı + əvvəlki semestrdə imtahandan topladığı bal)
 
4. Tələbə iyun ayında təşkil olunan imtahandan imtina edib, avqust-sentyabr ayında təşkil olunacaq icmal dərslərdə iştirak edərək sentyabrda imtahan verə bilər. Bu tələbənin hüququdur.
 
5. Əvvəlki semestrlərdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) buraxılış kurslarında oxuyan tələbələr də daxil olmaqla və cari semestrdə hər hansı bir fənn üzrə akademik borcu yaranmış tələbənin imtahanlarının ödənişsiz əsaslarla təşkil olunması təmin edilsin.
 
6. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı 2020-2021-ci tədris ili senytabr ayı növbəti semestr başlayanadək müəyyən edilir. Akademik borcunu 2020-2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.
 
7. Mövcud pandemik şəraitdə onlayn imtahanların keçirilməsi zamanı tələbənin fikrini tam aydın və ətraflı izah edə bilməsi üçün lazımi şərait yaradılsın.
 
8. İmtahan sessiyası zaman universitet üzrə sədri universitetin rektoru, akademik Kamal Abdulla olmaqla Appelyasiya komissiyası fəaliyyət göstərsin. Müraciətlərə operativ şəkildə reaksiya verilsin.

Загрузка...
Загрузка...