ADP uşaqlara verilən müavinətlərin artrılmasını tələb etdi!

Baxış sayı: 
76
1  
0  

ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB
 
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantının bu günkü gündəliyində əsasən ölkədaxilində baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” verdiyi fərmanla bağlı müzakirələr aparıb. Müzakirələr zamanı imzalanan fərman təqdir olunub, eyni zamanda hakimiyyət orqanlarını bu fərmanın formal xarakter daşımaması üçün ölkədə rəsmi dövlət dilinin qorunması istiqamətində ciddi addımlar atmağa, fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsində şəffaflığı təmin etməyə, ictimaiyyətə açıq olmağa və görüləcək işlərlə bağlı hesabatlı olmağa çağırıb.
 
 
İdarə Heyəti Milli Məclisin müzakirəsinə təqdim edilən 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edərək, hesab edib ki, təqdim olunan büdcə qeyri-sosial yönümlü və korrupsiya riskli büdcədir. İdarə Heyəti Milli Məclisi 2019-cu ilin büdcəsi haqqında qanun layihəsini müzakirə edərkən büdcənin daxili paylanmasını ölkənin reallıqlarına uyğunlaşdırmağa çağırıb.
 
 
İdarə Heyəti 2019-cu il üçün yaşayış minimumu haqqında qanun layihəsinə münasibət bildirib. İdarə Heyəti 2019-cu il üçün müəyyən edilən yaşayış minimumu ilə minimum əmək haqqı arasındakı fərqi ölkə əhalisinin böyük bir kəsminin yoxsulluq həddində yaşadığının göstəricisi kimi dəyərləndirərək müvafiq dövlət orqanlarını minimum əmək haqqının yaşayış minimumunun həddinə qədər yüksəltməyə çağırıb.
 
 
İdarə Heyəti uşaq pullarının artımı ilə bağlı bir qrup valideynin imza toplayaraq, Milli Məclisə müraciət ərizəsi yazmasını da müzakirə edib. Müzakirələr zamanı ölkədə uğaq pulunun ləğvinin ölkənin gələcəyi olan uşaqların hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirilib və hakimiyyəti uşaqların saxlanması xərclərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi istiqamətində addımlar atmağa çağırıb.
 
 
İdarə Heyəti Milli Məclisin üzvü T.Kərimli tərfindən Azərbaycanın dövlət atributlarından biri olan Dövlət Himninin qısaldılması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. İdarə Heyəti bu tipli fikirlərin Azərbaycan dövlətinin qeyri-ciddi obrazının formalaşmasına, konstitusiyanın tələblərinin kobud şəkildə pozulmasına xidmət etdiyini bildirərək qətiyyətlə pisləyib və yolverilməz hesab edib. İdarə Heyəti həmçinin bu hadisəni xalqdan mandat almayan şəxslərin parlamentdə təmsil olunmasının acı nəticəsi kimi dəyərləndirib.
 
 
İdarə Heyəti son zamanlar ölkənin hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlarda günahkar hesab edilən şəxslərin fiziki baxımdan məhv edilməsinin bir ənənənə halı almasını da müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, bu tipli hallar baş verən və ya planlaşdırılan cinayətlərin tam və hərtətəfli araşdırılmasının qarşısını aldığından, bu hallar hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatların səriştəsiz hazırladıqlarının göstəricisi kimi dəyərləndirilməlidir. İdarə Heyəti hüquq-mühafizə orqanlarını cinayətkarlığa qarşı həyata keçirilən əməliyyatların peşarlığının təmin olunmasına və insanları yalnız törtdikləri əməl sübuta yetirilərsə qanun qarşısında cəzalandırmağa çağırıb.
 
 
İdarə Heyəti Qarabağ Komitəsinin mitinqinə hakimiyyət orqanları tərəfindən icazənin verilməməsini də müzakirə edib. Müzakirələrdə Dağlıq Qarabağın işğaldan azad edilməsi tələbi ilə mitinqlərin keçirilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda qeyd edilib ki, Dağlıq Qarabağ probleminin həllinin iqtidar-müxalifət münasibətləri müstəvisinə gətirilməsi yolverilməzdir, bu problem yalnız milli birlik müstəvisində həll olunmalıdır. İdarə Heyəti Dağlıq Qarabağla bağlı mitinqlərin yalnız müxalif düşərgənin mitinqi kimi yox, iqtidarından və müxalifətindən asılı olmayaraq ümumilikdə Azərbaycan cəmiyyətinin iradəsini ifadə edən bir aksiya kimi keçirilməsinin vacibliyini qeyd edib. 
Turaninfo.org

 

Загрузка...
Загрузка...