​ADP RƏSMİLƏRİ İRANDA SƏFƏRDƏDİR

 
ADP sədri Sərdar Cəlaloğlu və partiya sədrinin birinci müavini Həsrət Rüstəmov İran İslam Respublikasında səfərdədirlər. Səfərdə məqsəd İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə 10-13 fevral tarixlərində Tehranda keçirilən bayram tədbirlərində iştirak etməkdir. Səfər çərçivəsində eyni zamanda İran İslam Respublikasının siyasi təmsilçiləri ilə və dövlət televiziyasında görüşlər də nəzərdə tutulub. Səfər 13 fevral tarixində başa çatacaq.
 
Xatırladaq ki, səfər Tehran İslami Təbliğat İdarəsinin Əlaqələndirmə Şurası adından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahagirzadənin dəvəti ilə reallaşıb.
 
Digər müxalifət partiyalarından VİP sədri Əli Əliyevin də İranda səfərdə olduğu bildirilir.

Загрузка...
Загрузка...