ADP NÖVBƏTİ QURULTAYININ VAXTINI ELAN ETDİ

Baxış sayı: 
400
1  
0  

 
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantının gündəliyində partiyanın növbəti Qurultayının keçirilməsi məsələsi olub. Müzakirələr nəticəsində partiyanın növbəti X Qurultayının cari ilin sentyabr ayının 1-ə təyin edilib. Partiyanın növbəti Qurultayının keçirilməsi barədə qəbul edilən qərara uyğun olaraq Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Partiyanın bütün seçkili orqanları buraxılaraq partiyanın cari fəaliyyətinin idarə edilməsi ilə bağlı bütün səlahiyyətlər Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə verilib.
 
İdarə Heyəti ölkədə “Karona” virus pandemiyası ilə əlaqədar ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan edilmiş karantin rejiminin şərtlərinə uyğun olaraq partiyanın X Qurultayının virtual qaydada keçirilməsi barədə qərar qəbul edilib.
 
İdarə Heyəti partiyanın X Qurultayının keçirilməsi ilə əlaqədar olaraq karantin rejiminin şərtlərinə uyğun Qurultaya nümayəndəlik normalarının müəyyən edilməsi, Nizamnaməyə ediləcək əlavə və dəyişikliklərlə bağlı redaksiya heyətinin yaradılması və digər təşkilati işlərin həyata keçirilməsini Təşkilat Komitəsinə həvalə edib.

Загрузка...
Загрузка...