​ADP MİNSK QRUPU DÖVLƏT BAŞÇILARININ SAMMİTİNİN ÇAĞIRILMASINI TƏKLİF EDİB

Baxış sayı: 
118
3  
0  

 
Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Iclasda ölkədə və dünyada ötən həftə ərzində baş verən mühüm siyasi hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
 
İlk növbədə TANAP-la bağlı Türkiyədə keçirilən son toplantıya diqqət çəkən İdarə Heyəti bu layihənin Azərbaycanın Avropaya inteqrasiyası və region ölkələri ilə münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətini nəzərə alaraq bu hadisəni əlamətdar tarixi və strateji hadisə kimi dəyərləndiriblər. Eyni zamanda qeyd edilib ki, bu cür beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi təkcə strateji əhəmiyyəti ilə deyil, xalqımızın real iqtisadi vəziyyətinin yaxşılaşması ilə də özünü göstərməlidir.
 
İclasda həmçinin son zamanlar xarici siyasətimizdə müşahidə olunan Azərbaycan- Rusiya əlaqələrinin, Türkiyə-Rusiya münasibətlərinə uyğun qurulması tendensiyasının dövlətimizin strateji maraqlarına cavab verdiyini və təqdir edilməli olduğunu qeyd ediblər.
 
Ermənistan baş nazirinin Azərbaycanın işğal altında olan ərazisinə növbəti səfərinə toxunan partiya yetkililəri bunun Ermənistanın işğalçı tərəf olduğuna daha bir əsas olduğunu qeyd edib və hakimiyyəti bu səfərlərin davam etməməsi üçün kəskin siyasi və hərbi addımlar atmağa çağırıb.
 
Qeyd edilib ki, uzun müddət passiv mövqedə olan ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi və Ermənistanın ilhaq siyasətinə münasibət bildirilməsi üçün dövlət səviyyəsində müvafiq təşəbbüsün qaldırılması da zəruridir.
 
Daha sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar yaranmış vəziyyətə dair müzakirəni davam etdirən partiya İdarə Heyəti partiyanın nəzərdə tutulan seçkilərdə iştirakının vacib olduğunu, mümkün olarsa müxalifətin geniş koalisiya şəklində seçkiyə qatılmasına cəhd edilməsini, bu alınmayacağı təqdirdə isə namizədlərin razılaşdırılması variantı üzrə müxalifətdaxili əməkdaşlığa nail olunması üçün addımların atılmasını zəruri hesab ediblər

Загрузка...
Загрузка...