ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Baxış sayı: 
46
1  
0  

 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Tolantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər müzakirə edilib. Toplantı iştirakçıları ilk növbədə Rusiya XİN-nin başçısı S.Lavrovun İrəvana səfəri zamanı Dağlıq Qarabağ probleminin həllində erməni icmasının iradəsinin əsas rol oynaması barədə səsləndirdiyi bəyanata münasibət bildirib. Bu bəyanatın beynəlxalq hüquq prinsiplərinə və həmsədr ölkə olaraq ATƏT-in Minsk qrupunun problemin həllinə dair üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu qeyd edib və bu bəyanatın arxasında erməni icmasının iradəsinin beynəlxalq subyektə çevirmək, münaqişəni təcavüzkar Ermənistanın xeyrinə həll etmək məqsədi durduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Dağlıq Qarabağ Azərbaycanın yurusdiksiyasına daxil olan ərazidir və bu ərazidə ayrıca referendum keçirilməsi Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqa zidd əməl kimi dəyərləndirilməlidir. Partiya yetkililəri S.Lavrovun Azərbaycanın daxili işlərinə qarışma həddinə gələn bu bəyanata cavab olaraq XİN-nin etiraz bəyanatını təqdir edib və əlavə olaraq xarici siyasət idarəsini Rusiya hökumətinə nota verməyə və öz daxili münaqişələrinə yanaşma çərçivəsində bu məsələyə, Rusiyanın daxilində yaranan münaqişələr çərçivəsində yanaşmağa çağırıb.
 
İdarə Heyəti son vaxtlar ölkə prezidenti İ.Əliyevin yerli və xarici kütlə qarşısında vaxtı ilə YAP təsisçilərinin və mərhum ölkə başçısı H.Əliyevin də üzvü olduğu Azərbaycan Xalq Cəbhəsinə və onun liderlərinə aşağılayıcı bəyanatlar səsləndirməsini pisləyib. Qeyd edilib ki, Azərbaycanın rus imperiyasının cəngindən xilas olunmasında, müstəqilliyimizin, suverenliyimizin əldə edilməsində müstəsna rolu olan bir hərəkatı gözdən salmaq əslində müstəqilliyimizə qarşı mənfi münasibətin göstəricisidir və ölkə başçısı bunun əksinə olaraq milli həmrəyliyimizin gücləndirilməsi istiqamətində addımlar atmaqla bütün vətəndaşlarımızın prezidenti statusunu qoruya bilər.
 
İdarə Heyəti son günlər qonşu Gürcüstanda proporsional seçki sisteminin bərpa edilməsi, demokratiyanın, söz, mətbuat azadlığının günün tələbləri səviyyəsinə qaldırılması tələbləri ilə keçirilən etiraz aksiyalarını təqdir edib, başqa ölkələrin adı çəkilən ölkənin daxili işlərinə müdaxilə edilməsinin yolverilməz olduğunu qeyd edib və Gürcüstanda yaşayan soydaşlarımızı provakasiyalara uymamağa, həmin ölkənnin gürcü vətəndaşları ilə dinc siyasi mübarizə yolunda birgə adımlamağa səsləyib.
 
İdarə Heyəti son günlər İranda yanacağın qiymətinin kəskin bahalaşmasına cavab olaraq orada yaşayan soydaşlarımızın etiraz aksiyalarını anlaqlı qəbul edib, əslində bu etirazların həm də İran rejiminin əhalinin əksəriyyətini təşkil edən soyadaşlarımıza və İranda yaşayan digər azlıqlara qarşı ayrı-seçkiliklərin hökm sürməsi, onların dilinin, mədəniyyətinin tarixi nailiyyətlərinin, milli kimliklərinin gözardı edilməsi faktının da durduğunu bildirib və İran rəsmilərini öz haqları uğrunda mübarizəyə qalxan vətəndaşlara qarşı zorakılıq göstərməkdən, şiddətə əl atmaqdan geri durmağa və bu aksiyaların dinc siyasi mübarizə məcrasından kanara çıxarmamağa səsləyib.
 
İdarə Heyəti Türkiyə prezidenti T.Ərdoğanın ABŞ-a səfərindən sonra ABŞ-Türkiyə münasibətlərinin normal məcraya düşməsindən, Suriya məsələsində anlaşma əldə edilməsindən, bu görüşün təsiri ilə qondarma erməni soyqırımının yuxarı palatada bloklanmasından məmnunluğunu bildirib və qarşılıqlı faydalı əməkdaşlığıa körpü salan bu görüşün nəticələrinin regionda və bütövlükdə sülhün təhlükəsizliyin qorunmasına, beynəlxalq terrorizmə qarşı birgə səylərin artırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Загрузка...
Загрузка...