​ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB

Baxış sayı: 
388
1  
0  

 
Bu gün ADP İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ötən həftə Humanitar Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlığı məsələsi ilə bağlı keçirilən “Xalqları sülhə hazırlama: ötən dövrün təcrübəsi və yeni çağırışlar” adlı dəyirmi masada aparılan müzakirələrə münasibət bildirib. Təcavüzkar Ermənistanın öz işğalçı niyyələrindən geri durmaq istəmədiyinə diqqət çəkən partiya yetkililəri bu cür tədbirlərdə xalqların sülhə hazırlıq adı altında xalqımızı təslimçi sülhə deyil, öz tarixi ərazilərini işğaldan qurtarmaq üçün ədalətli müharibəyə hazırlaşmağın tərəfdarı olduğunu dilə gətirib və hakimiyyəti beynəlxalq güclərin təsiri ilə xalqımızı təslimçi sülhə zorlama siyasətinə həssas yanaşmağa, hərbi yolla torpaqlarımızı azad etmək üçün ciddi addımlar atmağa çağırıb.
 
İdarə Freedom House təşkilatının "Dünyada azadlıq 2019" hesabatında Azərbaycanın qeyri-azad ölkələr sırasına daxil etməsi məsələsinə münasibət bildirib və bu faktın Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini diqqətə çatdırıb. Partiya yetkililəri hakimiyyəti bu hesabatdan düzgün nəticə çıxarmağa, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, insanların özünü sərbəst ifadə özgürlüklərinə, mal, mülk güvənliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atmağa çağırıb.
 
İdarə Heyəti nazir yil, Azad Rəhimovun Formula-1 idman yarışlarının 2023-cü ilə qədər Azərbaycanda keçiriləcəyi ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib və hakimiyyəti külli miqdarda büdcə vəsaiti itkisinə səbəb olan bu yarışlara deyil, bucür vəsaitləri səhiyyə, təhsil sisteminin tərəqqi etdirlməsi, ölkə əhalisinin minimum yaşayışının yaxşılaşdırılması, aztəminatlı ailələrə sosial qayğının və ölkənin hərbi qüdrətinin artırılması istiqamətinə yönəltməyə çağırıb.
 
İdarə Heyəti Çinin Şərqi Türküstan əyalətində adı çəkilən ölkənin apardığı, etnik təmizləmə, dini qadağalar, irqi-ayrı seçkilik siyasətinin davam eməsindən uyğur fəallarının kütləvi şəkildə həbsə atılması, edam etdirilməsi faktından ciddi narahat olduğunu bildirib. İdarə Heyəti bu cür antiinsani siyasətin heç bir beynəlxalq hüquq normalarına uyğun olmadığını diqqətə çatdırıb və Çin hökumətini Şərqi Türküstana muxtariyyət verilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirməyə səsləyib və hakimiyyəti bu siyasətini davam etdirdiyi sürəcdə Çinə qarşı adekvat addımlar atmağa, həmin ölkədən idxal olunan mallara embarqolar tətbiq etməyə çağırıb.
 
İdarə Heyəti Cənubi Azərbaycan fəalı A.Lisaninin İranın hüquq-mühafizə orqanları tərəfindən naməlim şəkildə tutularaq həbs edilməsi, eləcə də milli-mədəni hüquqları uğrunda haqlı mübarizəyə qalxan digər soydaşlarımızın zindanlara salınması faktını qətiyyətlə pisləyib və İran rəsmilərini ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən soydaşlarımızın fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

Загрузка...
Загрузка...