ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB

Baxış sayı: 
136
0  
0  

 

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Ermənistanın yeni baş naziri N.Paşiyanın beynəlxalq hüquq qaydalarına zidd olaraq Azərbaycanın yuridiksiyasına daxil olan Dağlıq Qarabağa səfərinə münasibət bildirib. Səfər zamanı onun Azərbaycan haqda aşağılayıcı və təhdid dolu sərsəm çıxışlarını qətiyyətlə pislənməklə yanaşı hakimiyyəti bu məsələyə ən yüksək səviyyədə münasibət bildirməməsindən, əksinə xarici jurnalistlərə bu səfəri işıqlandırmaq üçün icazə verməsindın ciddi narahatlığını ifadə edib və belə bir susqunluğun arxasında Rusiyanın ölkəmizə qarşı davam edən təzyiqlərinin durduğu diqqətə çatdırıb.

İdarə Heyəti Cümhurriyyətimizin 100 illiyi ilə bağlı ölkə prezidentinin müvafiq sərəncamından irəli gələn tələblərin geniş şəkildə həyata keçirilməməsindən narahat olduğunu bildirib. Qeyd edilib ki bu bayram sıradan bir bayram deyil, müsəlman və türk dünyasında 100 il bundan əvvəl əsası qoyulan, on minlərlə insanımızın canı-qanı hesabına ərsəyə gələn, demokratiya tarixinin ən parlaq səhifəsini özündə əks etdirən istiqlal bayramıdır və bu bayramın sədası demokratik dünyanın hər bir guşəsinə yayılmalıdır. Cümhuriyyətin 100 illiyi ilə bağlı görülən işlərin yetərli olmadığını qeyd edən partiya yetkililəri hakimiyyəti cümhurriyyət qurucularının adının əbədiləşdirilməsi, onlara ölkəmizin muxtəlif guşələrində heykəllər ucaldılması, bu şanlı tarixi özündə əks etdirən samballı elmi əsərlərin, monoqrafiyaların yazılması, onların keşməkeşli həyatını əks etdirən, bolşevik-daşnak cütlüyünün istiqlalımıza qarşı törətdiyi qanlı olayları özündə ehtiva edən filmlərin çəkilməsi istiqamətində mühüm tədbirlər kompleksinin hazırlanıb həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti son günlər bir sıra cəbhəçilərin narkotikadan istifadə adı ilə şərlənib həbsə atılması faktını pisləyib və hakimiyyəti bu cür siyasi motivli həbslərə son qoymağa, insanları siyasi mənsubiyyətinə, alternativ düşüncəsinə görə yarqılama metodundan əl götürməy, insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.

İdarə Heyəti Abşeron icra hakimiyyətindən şikayətçi düşən bir Qarabağ əlinin mənzillə bağlı tələblərinin yerinə yetirilməsi əvəzinə onun ağır bədən xəsarəti ilə nəticələnən döyülməsi, bu basqılara dözməyib öz evini yandırması faktından ciddi narahat olduğunu bildirib və respublika prokurrluğunu faktla bağlı araşdırmalar aparmağa, günahkar şəxslərin cəzalandırılması üçün hüquqi addımlar atmağa çağırıb.

İdarə Heyəti əhalinin yoxsul, imkansız, çoxuşaqlı ailələrinə kömək məqsədi ilə tikilməsi nəzərdə tutulan sosial mənzil layihəsinin gerçəkləşməsi istiqamətində baş verən qanunsuzluqlara, ayrı-seçkiliyə, mənzillərin təyinatı üzrə deyil, proteksiya üzrə bölüşdürülməsinə münasibət bildirib və ölkə başçısını bu layihə üzərində ictimai nəzarəti təmin etmək məqsədi ilə ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar ABŞ prezidenti D.Tranpın İranla nüvə razılaşdırılması proqramından geri çəkilmə ilə bağlı bəyanatından sonra ABŞ-İran arasında gərginliyin artması, adı çəkilən dövlət və onun strateji partnyoru İsrail dövləti tərəfindən İranın təhdid edilməsi faktından narahat olduğunu, beynəlxalq problemlərin siyasi, diplomatik yolla deyil, hərbi güc yolu ilə həllinə edilən cəhdlərin regionda və bütövlükdı dünyada sülhü və təhlükəsizliyi şübhə altına saldığını diqqətə çatdırıb beynəlxalq ictimaiyyəti əzələ nümayiş etdirən dövlət başçılarına qarşı yekdil müqavimət göstərməyə çağırıb.

İdarə Heyəti son vaxtlar dövlət sektorunda çalışan insanların əmək haqlarının artırılması ilə bağlı atılan addımları insanların rifah halının yaxşılaşdırılması istiqamətində müsbət addım kimi dəyərləndirib. Lakin, partiya rəsmiləri əhalinin əksər hissəsinin gün çörəyinə yetməyən minimum əmək haqqı ilə üz-üzə qaldığı bir vaxtda təkcə bir qrup insanın deyil, bütün

vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən minimum əmək haqqı indeksasiyasına uyğun sistemləşdirilmiş tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Загрузка...
Загрузка...