ADP İDARƏ HEYƏTİ NÖVBƏTİ TOPLANTISINI KEÇİRİB

 
 Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. İdarə Heyətinin gündəliyində iki məsələ - 11 aprel 2018-ci il tarixində keçirilmiş Prezident seçkilərinin nəticələri və ictimai-siyasi vəziyyət olub.
 
Gündəlikdə duran birinci məsələ ətrafında aparılan müzakirələrdə qeyd edilib ki, seçki kampaniyası zamanı seçicilərlə təmasda alınan mesajlardan aydın olub ki, ADP-nin bu seçkilərdə iştirakla bağlı verdiyi qərar düzgün olub və partiya bundan sonrakı mərhələdə də özünün konstruktiv müxalifət siyasətini ardıcıl və prinsipial olaraq davam etdirməlidir. Müzakirələrin yekunu olaraq partiyanın Prezident seçkilərində iştirakı və əldə olunan nəticələr qənaətbəxş hesab edilib.
 
 
İctimai-siyasi hadisələrin müzakirəsi zamanı əsas diqqət Suriyada baş verənlərə yönəlib. Müzakirələrdə Suriyaya ABŞ və bir sıra Avropa ölkələri tərəfindən olunan hərbi müdaxilənin region və dünya üçün xoşagəlməz nəticələrə gətirib çıxaracağından narahatçılığını ifadə edən İdarə Heyətinin üzvləri bölgədə sülhün və əmin-amanlığın təmin olunması naminə beynəlxalq gücləri beynəlxalq hüquq normalarına hörmət etməyə çağırıb.
 
Sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Загрузка...
Загрузка...