ADP İdarə Heyəti növbəti toplantısını keçirdi

Baxış sayı: 
32
1  
0  

ADP İdarə Heyəti növbəti toplantısını keçirib. Toplantıda ölkədə ictimai siyasi vəziyyətə dair müzakirələr aparılıb. İlk növbədə son dövrlərdə parlament və bəzi hakimiyyət mənsublarının dilindən Qarabağın azadlığı uğrunda müharibənin zəruriliyi haqqında səslənən fikirlərə münasibət bildirilib. Qeyd edilib ki, düşmənin işğal etdiyi ərazilərimizin azad edilməsinin hazırda yeganə variantı həqiqətən də hərbi müdaxilə və torpaqlarımızın işğalçılardan güc yolu ilə azad edilməsindədir. Lakin bunun üçün Azərbaycan qarşı tərəfdəki hərbi bloka müvafiq güc formalaşdırmaq üçün Türkiyə və Pakistan ilə təcili hərbi ittifaq yaratmalı və dünyada ciddi müttəfiqlər tapmaq üçün siyasət həyata keçirməli, eyni zamanda ölkə daxilində siyasi qüvvələr arasında qarşılıqlı faydalı əməkdaşlıq mühiti formalaşdırmalıdır.

Toplantıda ərzaq və xidmət sektorunda qiymətlərin durmadan artmasından da narahatlıq ifadə edilib. Müzakirə zamanı bildirilib ki, son qiymət artımlarının arxasında heç də iqtisadi səbəblər dayanmır. Belə ki, neftin qiymətinin artdığı və ölkəyə böyük miqdarda xarici valyutanın gəldiyi zamanda yanacağın, ərzaq və nəqliyyat qiymətlərinin artırılması daha çox iqtisadi sabotaj xarakteri daşıyır. Qeyd olunub ki, xüsusilə də əhalinin aztəminatlı hissəsi üçün sosial fəlakət həddinə çatmaqda olan qiymət artımına biganə yanaşılmamalı, ciddi həyacan təbili çalınmalıdır.

Toplantıda daha sonra ötən həftə Türkiyə Respublikasında terror əməliyyatı nəticəsində çoxsaylı hərbçilərin həlak olması xatırlanaraq, qardaş türk xalqına dərin hüznlə başsağlığı verilib. Qeyd edilib ki, Türkiyə Respublikasının bütün çətinliklərə baxmayaraq PKK terroruna qarşı sonadək mübarizə aparmaq əzmi alqışalayiqdir və bu bütün dünya ölkələri tərəfindən dəstəklənməlidir.

Загрузка...
Загрузка...