ADP hakimiyyəti vaxt itirmədən Türkiyə və Pakistanla kollektiv təhlükəsizlik müqaviləsini imzalamağa çağırdı...

Baxış sayı: 
182
3  
0  

 

Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Toplantıda oktyabrın 10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü əsasında Qarabağda gedən hərbi əməliyyatlarla bağlı əldə olunmuş humanitar atəşkəs razılaşması ətrafında müzakirələr aparılıb. Müzakirələrdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsində haqlı mövqedə olmasına rəğmən Azərbaycan tərəfinin humanitar atəşkəs rejiminə razılaşması Azərbaycanın sülh tərəfdarı və bu münaqişənin danışıqlar yolu ilə həll olunmasında maraqlı olduğunu bir daha göstərdi. ADP İdarə Heyəti bildirib ki, atəşkəs barədə razılığın qüvvəyə mindiyi vaxtdan dərhal sonra işğalçı Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirərək böyük dağıntılar yaratması, dinc sakinlərin öldürülməsi və eyni zamanda humanitar arəşkəs rejimindən sui-istifadə edərək dünyanın müxtəlif ölkələrindən beynəlxalq hüquq normalarının tələblərinə zidd olaraq silah daşıması, onun daha qanlı və uzunmüddətli müharibəyə hazırlaşdığını göstərir.
İdarə Heyəti hesab edib ki, humanitar atəşkəs rejiminin pozulması ilə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutularaq dağıntıların törədilməsinin və dinc sakinlərin öldürülməsinin məsuliyyəti işğalçı Ermənistanla bərabər bu atəşkəsin əldə edilməsinə vasitəçilik edən Rusiyanın üzərinə düşür.
İdarə Heyəti bir daha dünya dövlətlərini işğala məruz qalan Azərbaycan dövlətinin yanında durmağa, eyni zamanda Türkiyə və Pakistan dövlətini bu çətin günlərdə Azərbaycan dövlətini işğalçı və işğalçılara havadarlıq edənlərlə tək qoymamağa çağırıb.
İdarə Heyəti hesab edib ki, münaqişənin gedişində işğalçı Ermənistan tərəfindən hər hansı bir üçüncü dövlətin müqaişəyə qoşulacağını nəzərə alaraq Türkiyə və Pakistanın da münaqişəyə qoşulmasını təmin etmək məqsədilə Azərbaycan dövləti vaxt itirmədən Türkiyə və Pakistanla kollektiv təhlükəsizlik müqaviləsini imzalamalıdır. İdarə Heyəti BMT-ni Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün beynəlxalq hüquq normalarının və Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin icrası istiqamətində təcili fəaliyyətə keçməyə çağırıb.
Müzakirələrdə Rusyanın vasitəçiliyi ilə əldə olunmuş humanitar atəşkəs rejiminin pozulmasının Rusiyanın Azərbaycan və Ermənistan üzərində ciddi bir nüfuzunun olmadığı vurğulanıb və ATƏT-in Minsk qrupunun hazırkı həmsədr olan dövlətlərindən imtina etməyin və Türkiyənin danışıqlar prosesinə cəlb olunmasının vacibliyi bildirilib.
Müzakirələrin sonunda hal-hazırda işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycana qarşı Türkiyə dövlətinin düşmənləri olan terror qruplaşmalarının üzvlərinin (PKK, YPG və PYD) döyüşməsi faktlarını və Dağlıq Qarabağla bağlı Türkiyənin strateji maraqlarına yönəlmiş uzağa gedən planlarının olduğunu nəzərə alaraq qardaş Türkiyəni bu münaqişədə özünün iştirakına ciddi cəhdlər etməyə çağırıb.

Загрузка...
Загрузка...