ADP Gürcüstanda keçrilən seçkilərdə saxtakarlıq faktlarından narahat olduğnu bəyan etdi

Baxış sayı: 
260
1  
0  

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə İrəvanda Rusiya və Ermənistanın rəsmi nümayəndələrinin “Lazerov klubu” adı altında keçirilən iclasında MDB ölkələri institunun direktor müavini V.Yevseyevin Azərbaycanı “İsgəndər” tipli raketle vurmaq barədə səsləndirdiyi bəyanatı qətiyyətlə pisləyib və hakimiyyəti avantürist bəyanatı səsləndirənin təmsil etdiyi ölkəyə nota göndərməyə və ən kəskin reaksiya formada tədbirlər görməyə çağırıb.
 
 
İdarə Heyəti Argentinada keçirilən G-20 sammitində amerikalı jurnalist C.Kaşıkçının qətli ilə bağlı məsələnin yenidən gündəmə gəlməsini, Türkiyə prezidenti T.Ədoğanın bu məsələni böyük dövlət başçılarının iştirak etdiyi mötəbər bir tədbirdə yenidən onların diqqətinə yönəltməsini təqdir edib və arxasında Tramp rejiminin durduğu bu qanlı cinayətin tezliklə açılmasının, öz opponentlərinə qarşı ən dəhşətli üsullardan istifadə edən Səudiyyə rejiminə basqıların artırılmasının vacibliyini diqqətə çatdırıb.
 
 
İdarə Heyəti Parisdə sosial tələblərlə, qiymət arımı ilə əlaqədar günlərdir davam edən etiraz aksiyasına da münasibət bildirib və dinc aksiya iştirakçılarına qarşı tətbiq edilən zorakılıqları pisləyib. Eyni zamanda diqqəti sosial gərginliklərin, qiymət artımının, iqtisadi çətinliklərin yaşandığı ölkəmizə çəkən partiya yetkililəri Paris olaylarından ciddi nəticə çıxarmağa, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində effektli addımlar atmağa çağırıb.
 
 
İdarə Heyəti son vaxtlar Rusiya və Ukrayna arasında yaranan vəziyyətdən, hərbi qarşıdurma həddinə çatan gərginlikdən narahatlığını ifadə edərək bu faktın arxasında Rusiyanın postsovet məkanında imperiya siasətinin davam etdirməsi, ayrı-ayrı müstəqil ölkələrin ərazilərində münaqişə ocaqları yaratmaqla özünün hərbi-siyasi təsirini artırmaq cəhdinin durduğunu diqqətə çatdırıb. Partiya yetkililəri beynəlxalq gücləri Rusiyanın Ukrayna və digər ölkələrə müdaxiləsinin qarşısını almaq üçün adı çəkilən ölkəyə iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı müstəqil ölkələrdə demokratiyanın gəlişməsi üçün onlara dəstək olmağa səsləyib.
 
 
İdarə Heyəti Gürcüstanda keçirilən prezident seçkiləri ətrafında da fikir mübadiləsi aparıb. Seçkilərdə müşahidə olunan saxtakarlıq faktlarından narahat olduğnu bildirərək, bu saxtakarlıqların arxasında rusiyapərəst qüvvələrin durduğunu diqqətə çatdırıb.
 
 
İdarə Heyəti Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra zəruri qida məhsulları və dərman preparatlarının ölkəyə gətirilməsi, keyfiyyət dəyişikliyi edilməsi isitiqamətində müsbət dəyişikliklər gözləndiyi halda qida və dərman məhsullarının keyfiyyətinin aşağı düşməsi insan sağlamlığına zərərli təsirlərin daha da artması faktından ciddi narahat olduğunu bildirib və bu neqativ halların arxasında qida məhsulları və dərman preparatlarının monopoliyaya götürülməsi, ayrı-ayrı firmaların nəzarətinə küçməsi nəticəsində baş verdiyini qeyd edib. Partiya rəsmiləri  hakimiyyəti son nəticəsi insanların həyatı üçün ciddi təhlükə yaradan qida və dərman preparatlarının ölkəyə gəlişi və istifadəsi üzərində nəzarəti gücləndurməyə, bu sahədə yaranan monopoliyanı aradan qaldırmağa çağırıb.

Загрузка...
Загрузка...