ADP GÖYÇƏ, ZƏNGƏZUR VƏ İRƏVAN MƏSƏLƏSİNİN DANIŞIQLAR MASASINA GƏTİRMƏYİ TƏLƏB ETDİ

Baxış sayı: 
37
2  
1  

 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan baş naziri N.Paşinyanla görüşündə Dağlıq Qarabağ probleminin həllinə dair məsələnin müzakirəsi zamanı dinc danışıqların ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinin birlikdə tətbiq edilməsi məsələsini gündəmə gətirməsindən ciddi narahat olduğunu bildirib və bu təklifin beynəlxalq hüququn ana prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu cür yanaşmalar beynəlxalq hüquqa zidd ollmaqla yanaşı Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsinə xidmət edir və bu fakt Azərbaycanın ərazi bütövlüyü və suvernliyinə qarşı bir təhdid kimi qiymətləndirilməlidir. Partiya yetkililəri iqtidarı bu cür bəyanatlara adekvat reaksiya verməyə və Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi ilə yanaşı Göyçə, Zəngəzur, İrəvan kimi tarixi ərazilərimizin də işğaldan azad edilməsi məsələsini qaldırmağa çağırıb.
 
İdarə Heyəti son vaxtlar ölkə prezidenti tərəfindən bir sıra sösial yönümlü sərəncamların verilməsi, problemli kreditlərin həlli və başqa bu kimi addımlar atılmasına münasibət bildirib. Qeyd olunub ki, problemli kreditlər təkcə dollarla olan borcları deyil, milli valyuta ilə götürülən və yüksək faizli olduğuna görə vətəndaşların ödəyə bilmədiyi kreditlərə də şamil edilməli, əhalinin əksəriyyət hissəsinin ağır iqtisadi güzəranına uyğun olaraq komunnal xərclər azaldılmalı, qazın, enerji daşıyıcılaranın qiyməti aşağı salınmalı, kiçik və orta biznesin inkişafı üçün şərait yardadılmalı, iqtisadi monopoliya aradan qaldırılmalıdır.
 
İdarə Heyəti siyasi məhbusların əfv edilməsi məsələsini bir daha müzakirə edib və dövlət başçısını qarşıdan gələn Novruz bayramı ərəfəsində bütün siyasi məhbusları azad etməyə, ölkədə siyasi məhbus təcrübəsinə son qoyulması üçün hüquqi islahatlar aparmağa, müstəqil vəkillər institutunun yaradılmasına, vəkillər kollegiyasından müxtəlif adlar altında azad edilən şəxslərin öz vəzifələrinə qaytarılmasna doğru addımlar atmağa çağırıb.
 
İdarə Heyəti 8 mart günü qadına şiddətə son qoyulması şüarı ilə etiraz aksiyasına çıxan qadınlara qarşı polis zorakılığı göstəriləməsi, naməlum qadınları onların qarşısına çıxararaq aksiyanın qarşısının alınması faktını pisləyib və hakimiyyəti qadınlara qarşı zorakılıq göstərən polis işçilərini cəzalandırmağa çağırıb.
 
İdarə Heyəti dövlət başçısının bir sıra incəsənət xadimləri ilə keçirdiyi görüşə, bu görüşdə tanınmış şəxslərə abidələr ucaldılması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Qeyd olunub ki, abidələr daha çox dövlət qarşısında xidməti olan dövlət və hərb xadimlərinə - M.Ə.Rəsulzadə, Nadir şah, Qacar şah, Səttarxana, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və digər tarixi şəxsiyyətlərə ucaldılmalı və xalqımızda hərbi vətənpərvərlik, dövlətçilik ruhunun yüksəldiləməsi üçün şanlı tariximizi əks etdirən filmlər çəkilməlidir.
 
İdarə Heyəti RF Dövlət Dumasının deputatı K.Zatulinin “Lazerev klubu” adı altında keçirilən tədbirlərdə qondarma Dağlıq Qarabağ rejiminin separatçı üzvləri ilə bir araya gələrək Dağlıq Qarabağda iqtisadi vəziyyətə dair müşavirə keçirməsini qətiyyətlə pisləyib bu addımın Azərbaycan və Rusiya xalqları arasında ikitərəfli əlaqələrin pozulmasına xidmət etdiyini diqqətə çatdırıb və xarici siyasət idarəsini müvafiq etiraz notası verməyə, adı çəkilən duma üzvünü arzuolunmaz şəxs elan etməyə çağırıb.

Загрузка...
Загрузка...