ADP-dən dünyaya M Ü R A C İ Ə T

Baxış sayı: 
253
1  
0  

AZƏRBAYCANA QARŞI ERMƏNİSTAN DÖVLƏTİNİN BEYNƏLXALQ HÜQUQA ZİDD ƏMƏLLƏRİ İLƏ BAĞLI BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATINA, AVROPA BİRLİYİNƏ, AVROPA ŞURASINA, İSLAM KONFRANSI TƏŞKİLATINA, AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATINA, TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASINA VƏ BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏ TƏŞKİLATLARINA
 
 
1991-ci ildə SSRİ-nin dağılmasından sui-istifadə edən Ermənistan və ona havadarlıq edən bəzi dövlətlər Azərbaycan dövlətinin ərazisində separatist hərakat yaratmış və bu günədək bu hərəkatı hərbi, siyasi, diplomatik və iqtisad üsullarla dəstəkləməkdə davam edirlər. Bu prosesdə Azərbaycanda yaşayan etnik ermənilər bir silah kimi istifadə edilir. Ermənistan tərəfindən dəstəklənən erməni separatçılarının bu əməlləri BMT-nin 18 dekabr 1992-ci il tarixli “Milli və ya etnik, dini və ya dil azlığına aid şəxslərin hüquqları haqqında qətnamə”nin 2-ci maddəsinin 3-cü hissəsinin “Azlığa məxsus şəxslər, milli və hardaki bu vacibdir, regional səviyyədə, onların məxsus olduğu və o regionlar ki, onlar yaşayırlar bu azlığa toxunan, milli qanunvericiliyə ziddiyyət təşkil etməyən, qərarların qəbul edilməsində, aktiv iştirak hüququ var” müddəasının və 8-ci maddəsinin 4-cü hissəsinin - “bu Qətnamədə heç bir şey BMT-nin məqsəd və prinsiplərinə, müstəqil dövlətin suveren bərabərliyi, ərazi tamlığı və siyasi müstəqilliyinə ziddiyyət təşkil edən fəaliyyət kimi şərh edilə bilməz,” müddəalarının kobud surətdə pozulmasıdır. Belə ki, erməni azlığının separatist hərəkatı Azərbaycan Respublikasının Konstitusiyasının (Milli qanunvericiliyin əsası) 7-ci maddəsinin 1 və 2-ci bəndlərinin “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar dövlətdi... Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Resbublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəlarla məhdudlaşır və 11-ci maddəsinin 3-cü bəndinin “Azərbaycan Respublikasının ərazisi özgəniləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir: yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum kecirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər” müddəalarına ziddir.
Ermənistan dövləti Azərbaycan ərazisindəki etnik ermənilərin separatist hərəkatına dəstəyi və Rusiyanın yaxından iştirakı ilə Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş və 27 ildən artıq bir müddətdə Azərbaycan torpaqlarının 20 faizi işğal altında saxlanmaqla həmin əraziləri ilhaq etməyə cəhdlər edilir. Ermənistan dövlətinin bu hərəkəti 14 dekabr 1974-cü il tarixli BMT Baş Assambleyasının XXIX sessiyasında qəbul edilmiş “Aqresiyanın təyini” haqqında qətnamənin 5-ci maddəsinin 1, 2 və 3-cü bəndlərininin “İstənilən xarakterli heç bir mülahizə, istər siyasi, istər iqtisadi, istər hərbi və ya başqa xarakterli olsun, aqresiyaya haqq qazandıra bilməz. Aqresiv müharibə beynəlxalq sülhə qarşı cinayətdir. Aqresiya öz arxasınca beynəlxalq məsuliyyətə səbəb olur. Aqresiya nəticəsində əldə edilmiş heç bir nəticə ərazi ələ keçirmə və ya xüsusi mənafe qanuni deyil və qanuni hesab edilə bilıməz” kobud surətdə pozulmasına səbəb olmuşdur.
1992-ci ildə rus qoşunlarının yaxından iştirakı ilə bir çox dövlət tərəfindən rəsmən tanınmış Xocalı soyqırımı törədilmiş, işğal olunmuş ərazilərdə hər cür vandalizmə əl atılmışdır. Ermənistan dövlətinin və erməni separatistlərinin bu hərəkəti BMT-nin 9 dekabr 1948-ci il tarixli “Genosid siyasəti haqqında xəbərdarlıq və onun cəzalanması haqqında konvensiya”nın şərtlərinin kobud surətdə pozduğunu sübut edir.
Ermənistan dövləti aşkar şəkildə Azərbaycan ərazilərinin işğal etməsi BMT-nin 16 dekabr 1970-ci il tarixli “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında qətnamənin 4 (hər hansı bir dövlət başqa dövlətin suverenliyinə tam hörmət etməlidir...başqa dövlət və ya ölkələrin milli birliyinin və ərazi bütövlüyünün hissəvi və ya tam pozulması məqsədi ilə istənilən cəhddən çəkinmək”, 5 (hər bir dövlət başqa dövlətin siyasi müstəqilliyi və ərazi tamlığına qarşı güclə təhdiddən və ya onun tətbiqindən çəkinməlidir və dövlətin ərazisi Əsasnamənin müddəalarının pozulması ilə hərbi işğal obyekti ola bilməz...hər bir dövlət başqa dövlətin ərazisində terror aktı təşkil edə və ya iştirak edə bilməz”, 6 (Əsasnamədə göstərilən metodlarla istənilən mübahisənin və vəziyyətin sülh yolu ilə istifadə etmək), 8-ci (Əsasnaməyə uyğun aqresiya aktının aradan qaldırılması) və s. müddəalarının kobud surətdə pozulmasına səbəb olmuşdur. BMT məhz bu pozuntular əsasında Azərbaycan ərazilərindən Ermənistan işğalçı qüvvələrinin çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdir. Hansı ki, bu da rəsmən Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini sübut edir.
Ermənistan dövləti dəfələrlə Azərbaycanda metroda, universitetdə və başqa mülki şəxslərə qarşı terror aktı təşkil etmiş və nəticədə yüzlərlə günahsız dinc insan həlak olmuş və dövlətə, o cümlədən ayrı-ayrı şəxslərə böyük maddi ziyanlar dəymişdir. Bu da BMT-nin 9 dekabr 1994-cü il tarixli “Beynəlxalq terrorizmin ləğv edilməsi tədbirləri haqqında qətnamə”nin bütün tələblərinin kobud surətdə pozulması deməkdir.
Ermənistan rəhbərləri rəsmən açıq şəkildə “yeni ərazilər, yeni müharibələr” prinsipi elan edərək Azərbaycan ərazilərini ələ keçirmək məqsədi ilə başlatdığı müharibədə münaqişə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərinə xüsusən Azərbaycanın tarixi, dini, mədəni irsini özündə saxlayan Gəncə şəhərini raket atəşinə tutması nəticəsində xüsusən uşaqlar, qadınlar həlak olmuş və bu şəhərdəki qədim tarixə malik abidələr zədələnmişdir ki, bu da 12 avqust 1949-cu il tarixli “Müharəbə vaxtlarında mülki əhalinin qorunması haqqında Cenevrə Konvensiyası”nın, 14 may 1954-cü il tarixli “silahlı konfliktlər zamanı mədəni qiymətli əsərlərin müdafiəsi haqqında konvensiya”nın şərtlərini kobud surətdə pozmuşdur.
Ermənistan dövləti Azərbaycana qarşı müharibədə dünya dövlətərinin terror təşkilatları kimi tanıdığı PKK, PGD silahlılarından, eləcə də Rusiya, Fransa, Suriya, Livan və digər dövlətlərdən muzdluları Azərbaycan dövlətinə qarşı müharibəyə cəlb etməsi BMT-nin 4 dekabr 1989-cu il tarixli “Müzdluların ələ alınması, istifadə edilməsi, maliyyələşdirilməsi və öyrədilməsi haqqında beynəlxalq konvensiya”nın şərtlərinin kobud sutərdə pozulmasına səbəb olmuşdur.
Ermənistan dövlətinin və uydurma “Dağlıq Qarabağ” ordusunun malik olduğu silah arsenalının həcmi sübut edir ki, Ermənistan dövləti və Qarabağ separatistləri başqa dövlətlər, xüsusən Rusiya tərəfindən Azərbaycana qarşı silahlandırılmaqdadır.
Bu gün dünya dövlətləri Rusiyanın Gürcüstanın, Ukraynanın, Moldoviyanın ərazilərini işğal etməsini qəbul etmir, eləcə də İspaniyada Katoloniya vilayətində baskların dinc üsulla - referendumla öz müqəddəratını təyin etmələri ilə, İrak öz ərazisindəki kürdlərin referendum yolu ilə elan etdiyi muxtariyyatı tanımamış və hər iki dövlət referendumların nəticələrini ləğv etmişdir ki, bu da separatizmə münasibətdə presedent kimi meydana çıxmışdır. Bu gün Azərbaycana qarşı təpədən dirnağa silahlanmış və xarici dövlətlər tərəfindən maliyyələşdirilən, hərbi, siyasi və diplomatik dəstək verilən erməni separatizmi BMT-nin qətnamələrinə əməl etməkdən imtina etməklə yeni ərazilər işğal etməyə cəhd edən Ermənistan dövlətinin hərəkəti təəssüf ki, nə BMT nə də digər beynbəlxalq təşkilatlar tərəfindən bu günədək öz hüquqi qiymətini almamış və aqresiyaya mərz qalan Azərbaycan dövlətinə heç bir dəstək verilməmişdir. Bu da beynəlxalq hüququn iflasa uğradığını, dünya düzəninin pozulduğunu və güc hüququnun üstünlük təşkil etdiyini və bəzi qüvvələrin mədəniyyətlərarası toqquşma və ya yeni dünya müharibəsi başlatmağa cəhd etdiyini şəksiz sübut edir.
Bu bəyanatı imzalayanlar dünya ictimayyətini Ermənistan dövlətinin və onun havadarlarının beynəlxalq sülhə təhdid yaradan fəaliyyətinə hüquqi qiymət verməyə, aqressoru cilovlamağa və beynəlxalq hüquqa uyğun olaraq müvafiq məsuliyyətə cəlb etməyə və öz süverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan dövləti və xalqı ilə həmrəy olmağa çağırır.
 

Загрузка...
Загрузка...