​ADP baş verən ictimai-siyasi məsələləri müzakirə etdi

Baxış sayı: 
35
1  
0  

 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirlib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştrakçıları ilk növbədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsinə münasibət bildirərkən Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyacağı barədə səsləndirdiyi bəyanatı qətiyyətlə rədd edib və belə bir bəyanatın onların üzərinə götürdüyü barış missiyası ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb. Partiya rəsmiləri, beynəlxalq hüquqla, BMT-nin Dağlıq Qarabağ haqda məlum qətnamələri ilə ziddiyyət təşkil edən bu cür bədnam bəyanatların arxasında məkrli niyyətlərin olduğunu, işğalçı Ermənistan dövlətinin təcavüzünə bəraət qazandırdığını və DQ-ın Azərbaycandan qoparılaraq adı çəkilən dövlətə birləşdirilməsi planlarının durduğunu və ölkəmizin suverenliyinə qəsd olduğunu bildirib. İdarə Heyəti partiya olaraq bu bəyanatdan sonra ATƏT-in Minsk Qrupunun missiyasını tanımadığını elan edib və hakimiyyəti həmsədrlərin ərazi bütövlüyümüzü təhdid edəcək dərəcədə uzağa gedən bu bəyanata adekvat raksiya verməyə, onun bundan sonrakı fəaliyyətini dayandırmaq üşün bütün siyasi, diplomatik səylərini işə salmağa çağırıb.
 
İdarə Heyəti Azərbaycanın KTMT-na müşahidəçilik statusu ilə daxil olması barədə aparılan müzakirələrin yenidən gündəmə gəlməsini ciddi narahatlıqla qarşılayıb və ölkəmizin Putin Rusiyasının patronajlığı ilə yaradılan və əsas məqsədi postsovet məkanını öz hərbi-siyasi təsir dairəsinə salmaqdan ibarət olan bu təşkilata hər hansı formada üzv olması məsələsinin yolverilməz olduğunu bildirib. Qeyd edilib ki, bu addım təşkilata üzv dövlətlərin hərbi təhəddüdünün qüvvədə olduğu bir şəraitdə Azərbaycana öz tarixi torpaqlarını işğaldan azad etmə məsələsində ciddi mane olaraq ortaya çıxmaqla müstəqillik və suverenliyimiz də təhdid altında saxlayacaq və dövlətimizi yenidən Rusiyanın hegomonluq sferasına daxil edəcəkdir. Partiya yetkililəri iqtidarı bu qorxulu planlardan uzaq durmağa, xarici siyasətimizin əsas prioritetlərinə uyğun olaraq Rusiyanın yanında deyil, Avroatlantik məkana inteqrasiya xəttini tutmağa çağırıb.
 
İdarə Heyəti ölkədə insan hüquq və azadlıqlarının qorunması məsələsini müzakirə edib və son vaxtlar bu yöndə baş verən neqativ halların artmasından narahat olduğunu qeyd edib. Jurnalist Ş.Mirzəyevin peşə fəaliyyətinə görə təqiblərə məruz qalması, AXCP sədrinin köməkçisi R.Əhmədlinin 30 sutkalıq həbs edilməsi, vəkil A.İsmayılovun siyasi baxışlarına görə vəkilliik fəalyyətinin dayandırılması, ADP-nin sabiq üzvü F.Ələkbərlinin qətlə yetirilməsi (partiya bu qətli siyasi qətl olarasq dəyərləndirib) qazaxlı Alikin oğlunun insanları təhdid edən kriminal hərəkətlərini və başqa bu tip məsələlələr partiya yetkililəri tərəfindən müzakirə predmetinə çevrilib və baş verən hadisələrin insan hüquq və azadlıqları ilə bir araya sığımadığı, özbaşınalığın, başıpozuqluğun artması, kriminal aləmə nəzarətin zəyifləməsi faktı kimi dəyərləndirib və hakimiyyəti vətəndaşların təhlükəsizliyi, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.
 
İdarə Heyəti Milli Şuranın 28 sentyabrda keçirmək istədiyi mitinqdə iştirak məsələsini müzakirə edib və mitinqin gündəliyində ATƏT-in Minsk qrupunun bədnam bəyanatı, yarıtmaz fəaliyyəti, ölkədəki siyasi proseslərə xarici dövlətlərin, xüsusilə Rusiyanın müdaxiləsi, Dağlıq Qarabağın azad edilməsi kimi məsələlərin prioritet olacağı halda partiya olaraq həmin mitinqin təşkilində və partiya sədrinin o mitinqdə çıxış etməsini məqbul hesab edib.

Загрузка...
Загрузка...