Açıq Məktub-Keçmiş məhbus Məhbub Zülfüqarlıdan

Baxış sayı: 
512
4  
0  

                                            Azərbaycan Respublikasının Baş prokuroru
                                            cənab Kamran Əliyevə
                        
Surəti:       Daxili İşlər naziri cənab Vilayət Eyvazova
                                            ADP İmişli RT-nın sədri,jurnalist Zülfüqarlı
                                            Məhbub Əvəz oğlu tərəfindən

                                                              Açıq Məktub

      Ötən sayımızda ″İmişlilər girovdadır başlıqlı yazımızda İmişli Dövlət Avtomobil Müfəttişlərinin rəisi Eldəniz İmamyarovdan bəhs edəcəyik″ anonsunu vermişdik. Ötən həftə isə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan 10.04.2020-ci il tarixli № 016-15472Z-3220 saylı məktubunu aldıq. Hörmətli Ramiz müəllim yazır ki, İmişli rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının qanunsuz hərəkətləri haqda Azərbaycn Respublikasının Preizdentinə və müxtəlif dövlət orqanlarına ünvanladığınız müraciətə baxılmışdır.
       Bildiririk ki, müraciətinizlə bağlı şikayətinizin olmaması və aparılan araşdırmanın dayandırılması barədə izahatınız nəzərə alınmışdır.
       Hörmətlə, 
       Rəis Ramiz Zeynalov

       27 iyun 2020-ci il Bakıdan İmişliyə taksi ilə qayıdırdım. Həm taksidə əyləşənlər, həm sürücü keçmiş DAM İmişli rayon şöbəsinin rəisi Aydın Ağayevin və özü ilə apardığı Xalıd adlı müfəttişin əməllərindən avtomobili olanlara qan uddurmasından söhbət edirdilər. Onlara bildirdim ki, Aydın Ağayev Cəmilə Ağayeva adlı bir azəri-türk xanımı aldadaraq qanundan kənar arvad etməsindən, Cəmilə xanımı 2 yaşlı bir oğlan uşağı ilə taleyin ümidinə buraxmasından, Cəmilə xanımın Daxili İşlər naziri cənab Vilayət Eyvazovun qəbulunda başına gətirilənləri danışmasından sonra cənab nazir V. Eyvazov Aydın Ağayevi polisə yaraşmayan əməllərinə görə polis sıralarından qovmasını söhbət edəndə, sürücü bildirdi ki, Aydın Ağayev tək Cəmiləni yox, İmişlidə bir neçə qadını aldadıb, cənab nazir Vilayət Eyvazov islahatlara başlasa da, Aydın Ağayevin özu ilə apardığı Xalid adlı müfəttiş İmişli DAM-a qayıdıb və avtomobili olanların 90%-nə qənim kəsilib. Hətta Zahir Haqverdiyev adlı yaşlı bir insanın həyət darvazasına qədər sürüb, pulunu alanda Zahir ona: “A bala, sən məndən nə istəyirsən, hara gedirəm güdürsən, səndən cənab prezidentə, baş prokurora, Dİ nazirinə şikayət edəcəyəm”-deyib və şikayət etsə də, Xalid sudan quru çıxıb. Xaliddən şikayət edənləri isə, təqib etməyi hələ də dayandırmır,-dedi, taksi sürücüsü.
       Rəsmi partiya sədri və hüquq müdafiəçisi kimi dövlət rəsmilərindən vətəndaşları dövlətdən narazı salan Xalidin əməllərinin araşdırılmasından ötəri, ilk öncə, onun  yazdığı cərimələrin sayını araşdırılmasını və onun nəzarətdə saxlanılmasını Sizlərdən xahiş edirəm. Qeyd edirəm ki, Aydın Ağeyev Cəmilə xanımdan olan xəstə övladına belə kömək etmir, alimenti  isə ZAKS-yoxdur, bəhanəsilə vermir. Necə olub ki, belə bir insanı yüksək vəzifəyə təyin ediblər? Vicdan susanda insan bütün cinayətlərə addım ata bilər. Sizlərə əvvəlcədən təşəkkür edirəm.
   
      Hörmətlə,
     ADP İmişli RT-nın sədri
     hüquq müdafiəçisi,jurnalist:                                          Məhbub Əvəz oğlu Zülfüqarlı
     Tarix:                                                                             29.06.2020-ci il
     Telefon: 050-581-61-88
                   070-277-87-27
 

Загрузка...
Загрузка...