Abşeronda dostunu bıçaqlayan şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib

Baxış sayı: 
126
4  
0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində
qəsdən sağlamlığa ağır zərər vurmaqda və
quldurluqda təqsirləndirilən Samir Hacıyevin
cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Zeynal
Ağayevin sədrliyi ilə keçirilən prosesdə
dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 14 il müddətinə
azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Hacıyev 13
il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda qeyd edilib ki, ötən il Abşeron rayonu
Hökməli qəsəbəsində S.Hacıyev dostu Nahid
Əhmədova ağır xəsarət yetirib və daha sonra
ona qarşı quldurluq edib.

Belə ki, S.Hacıyev pul borcu olduğu N.Əhmədovla
mübahisə edib. Hadisə zamanı hər iki şəxs içkili olub.
S.Hacıyev spirtli içki qəbul etdikdən sonra dostu
N.Əhmədova bıçaqla iki zərbə endirib və onun
cibindəki pulu da götürüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə S.Hacıyev
özünü qismən təqsirli bilib.

O, ifadəsində söyləyib ki, dostu N.Əhmədovu
bıçaqlasa da, onun pulunu götürməyib.

Zərərçəkmiş N.Əhmədov dindirilən zaman
deyib ki, S.Hacıyevlə uzun müddətdir
dostluq edib, birlikdə mebel mağazasında
işləyiblər.

İfadəsində o, dostundan şikayətçi olmadığını
bildirib: “Sadəcə, mənə dəymiş zərərin ödənilməsini istəyirəm”.

Təqsirləndirilən şəxs də dostunun ifadəsini təsdiqləyib.

Xatırladaq ki, S.Hacıyevə qarşı Cinayət
Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa
ağır zərər vurma, xüsusi amansızlıqla),
126.2.4-cü (ümumi təhlükəli üsulla,
xuliqanlıq niyyətilə) və 181-ci
(quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

 

Загрузка...
Загрузка...