​ABŞ və Səudiyyənin Qüds planı ifşa edildi – Şok detal

 
ABŞ və Səudiyyə Ərəbistanının Qüds barədə qurduğu planın detalları məlum olub.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
 
Plana əsasən, Qüds İsrailin yeni paytaxtı olacaq, Fələstin isə yeni paytaxt olaraq Əbu Dis şəhərini seçəcək. 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi zamanı İsraili tərk edən fələstinlilərin geri qayıtmaq haqları da əllərindən alınacaq.
 
Planın əsas müəlliflərindən birinin ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cerad Kuşner olduğu bildirilib. İddialara əsasən, Kuşner Ər-Riyad səfəri zamanı vəliəhd Məhəmməd bin Salmanı da razı salmağı bacarıb. Vəliəhddən sonra Kuşnerin Fələstin rəhbəri Mahmud Abbasa da bu planı təklif etdiyi qeyd olunub.
 
Qeyd edək ki, Fələstin mətbuatı ABŞ prezidentinin ötən gün Mahmud Abbasla telefon danışığı zamanı ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürüləcəyini açıqladığını iddia edib.

Загрузка...
Загрузка...