“ABŞ-ın Səudiyyə ilə cinayət ortaqlığı artıq bitməlidir” – “NYU-YORK TAYMS” YAZDI

Baxış sayı: 
121
1  
0  

“NYT”-nin Yayım Şurası Camal Qaşıqçı cinayətinə dair qələmə aldığı "Qaşıqçı-dan sonra Səudiyyə Ərəbistanı" başlıqlı yazıda, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Tramp rəhbərliyi arasındakı münasibətləri analiz edib.
 
Səudiyyə Ərəbistanın dünən açıqladığı Qaşıqçı cinayətilə əlaqəli 5 nəfərin edamla mühakimə olunacağı və ABŞ-ın cinayətlə bağlı 17 Səudiyyəliyə sanksiya tətbiq etməsinin xatırladıldığı məqalədə, bütün bu gəlişmələrə baxmayaraq əlində ciddi dəlillər olan Türkiyənin bu “hekayələri udmadığı" vurğulanıb.
Məqalədə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun cinayətə dair dünənki "Əvvəlcədən öldürülməsi planlaşdırılmışdır ki, cəsədin parçalanması üçün lazımi şəxslər və cihazlar buraya gətirilmişdir" deyə sözləri də yer alıb. Bu sözlərə işarə edilən məqalədə, "Həqiqətən də aralarında ədliyyə tibb mütəxəssisinin da olduğu bir təyyarə dolusu təhlükəsizlik işçisinin o boydayolu Qaşıqçını nəzakətlə ölkəsinə qayıtmağa inandırmaq üçün gəldiyinə inanmaq çox çətindir" deyə məntiqi fikir bildirilib.
 
ABŞ-ın Səudiyyə Ərəbistanı ilə olan münasibəti dəyişməlidir
 
Cinayətin əsas şahidlərinin edam yolu ilə aradan qaldırıla biləcəyinə toxunulan məqalədə, “Ancaq neft zəngini bir krallıq ilə ABŞ arasındakı əlaqənin dəyişməsi lazım olduğu açıqdır" deyə qeyd edilib.
Məqalədə, Qətər böhranı, Yəməndə insanı bir faciəyə yol açan daxili savaş kimi hadisələrdə Səudiyyə vəliəhd şahzadəsinin çox irəli getdiyi ifadə edilib və Məhəmməd bin Salmanın ABŞ prezidenti Tramp və onun kürəkəni Jared Kuşner ilə yaxın münasibətlər içində olduğu vurğulanıb.
Trampın uzun müddətdir boş olan Səudiyyə Ərəbistandakı səfirlik məqamı üçün namizədini açıqladığına işarə edilən məqalədə, "Diplomatiyada adətən narazılıq göstəricisi yeni səfir təyinatı deyil, səfiri geri çağırmaq hesab olunur. Ancaq Yaxın Şərq haqqında geniş məlumat təcrübəsi olan təqaüddə olan general Con Abizaid yaxşı bir seçimdir. Bu adamın Ağ Evi Səudiyyə məsələsində aydınlatacağına ümid edirik" deyə qeyd olunub.
 
ABŞ-ın Səudiyyə ilə cinayət ortaqlığı artıq bitməlidir
 
Məqalədə, Qaşıqçı cinayətinə dair səsyazmasının daha əvvəl şahzadə bin Salmanla iş görən hökumət, şirkət sahibləri və siyasətçilərə qarşı şahzadənin həqiqi üzünü ortaya çıxardığı və əlaqələrə təsir göstərdiyi qeyd edilib.
ABŞ-ın Qaşıqçı cinayətindən sonra, cinayəti ortaya çıxarmaq, Yəməndəki müharibəni bitirmək, Qətər məsələsində addım atmaq kimi məsələlərdə Səudiyyə Ərəbistanına qarşı əlini gücləndirdiyi vurğulanan məqalədə, "Ancaq, Krallığın əsas insan hüquqlarını kobudluqla pozmasına son qoyulmazsa, bu məsələlərdə atılacaq addımlar yalnız riyakarlıq olar. Problem, sadəcə Camal Qaşıqçı-nın öldürülməsi ilə başlamadı, ancaq məsələ bura qədər gəldi. Amerikanın Səudiyyə ilə cinayət ortaqlığı artıq bitməlidir" çağırışı edilib.

Загрузка...
Загрузка...