ABŞ Rusiya ilə savaşda ilk vuracağı hədəfi müəyyənləşdirib - Kalininqrad

Baxış sayı: 
24
1  
0  

 
Lakin ekspertlər NATO-nun Rusiyanın mümkün hücumu qarşısında yetərsiz qalacağını vurğulayırlar
“Pentaqonun Rusiyanın hava hücumundan müdafiə sistemini dəf edəcək planı mövcuddur”.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində ABŞ hərbi-hava qüvvələrinin Avropa və Afrika üzrə komandanı general Ceffri Li Harriqyan söyləyib.
 
Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiyanın Avropadakı mümkün aqressiyasına qarşı vaxtında cavab vermək iqtidarındadır.
 
“Breaking Defense” saytının məlumatına əsasən, ABŞ mümkün savaş halında havadan, qurudan, dənizdən, kosmosdan, hətta kiberməkandan tam və hərtərəfli hücum planını hazırlayıb.
 
Bunun üçün iyul ayında ABŞ hərbçilərinin Batikyanı ölkələrdən olan könüllü əsgərlərə təlim keçdiyi məlum olub. Amerikalı ekspertlər bununla Rusiyanın həmin torpaqları tutması halında yerli əhalidən effektiv şəkildə istifadə edəcəkləriə ümid bəsləyirlər. Hərbi təlimlər Qərbi Virciniyada “Ridge Runner” proqramı çərçivəsində gerçəkləşdirilib və burada əsasən Latviya və Polşadan gələn hərbi qulluqçular iştirak ediblər. Həmin bölmələr hibrid savaşının ilkin mərhələsi üçün nəzərdə tutulub. Onların vəzifəsinə nəqliyyat infrastrukturlarını dağıtmaqla Rusiyanın hücum edən birliklərinin hərəkətini ləngitmək, blokada bölgələrində düşmən obyektlərinə hücumlar təşkil etmək, hava zərbələrini endirəcək NATO təyyarələrinə yön vermək olacaq.
 
Lakin bununla bərabər NATO-nun hələ də şərq hüdudlarında kifayət qədər qüvvəsi yoxdur. RF-nin Baltikyanı sərhəddə saxladığı 760 tanka qarşı NATO sadəcə 130 tankla cavab verə bilər. Özü də onlardan 90-ı regiona müvəqqəti olaraq yerləşdirilən ABŞ-ın “M-1” tanklarıdır.
 
Hələ 2017-ci ilin dekabrında verilən raportda NATO-nun Rusiyanın Baltikyanı əraziyə qəfil hücumu zamanı operativ reaksiya göstərməkdə çətinlik çəkəcəyi qeyd olunub. ABŞ ordusu üçün strateji araşdırma mərkəzi rolunu oynayan RAND korporasiyasının sənədlərində Rusiyanın hava hücumundan müdafiə sistemlərini olduqca təkmilləşdirdiyi bildirilir.
 
2018-ci ildə isə Avropa ölkələri ordularının ciddi problemlərlə üzləşdiyi göstərilib. Türkiyə və Yunanıstan çoxsaylı qoşun növlərinə malik olsalar onlar öz bölgələri xaricində qaynar nöqtələrə atılması üçün hazırlıqlı deyillər. Belçika və Rumıniya NATO-nun xəbərdarlıqlarına rəğmən çoxdan quru qüvvələrinin sayını azaldıb.
 
Elə böyük dövlətlərdə də vəziyyət fərqli deyil. Fransanın olduqca yaxşı təlimatlandırılmış və təchiz edilmiş hərbi bölmələri əsasən Afrikada fəliyyət göstərir. Almaniyanın isə kağız üstündə ağr artilleriya və tank birlikləri olsa da onlaırn bir çoxu köhnəlib və ciddi şəkldə yenilənməyə ehtiyacı var.
 
Musavat.com
 

Загрузка...
Загрузка...