“ABŞ prezidenti vəzifəsi maliyyə baxımından zərərlidir, lakin xoşuma gəlir” - TRAMP

Baxış sayı: 
145
1  
0  

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu postda işləməyin maliyyə cəhətdən “uğursuz” olduğunu bildirib. Tramp Nyu-York qəzetinə müsahibəsində etiraf edib ki, bu vəzifəni icra elədiyi müddətdə “külli miqdarda pul itirib”.
 
Siyasətçi prezident vəzifəsinin qazanc gətirmədiyini qeyd edib. Onun fikrincə, bu, maliyyə baxımından həyatındakı ən böyük uğursuzluqdur: “Xoşbəxtlikdən, pula ehtiyacım yoxdur. Lakin zərərlərim olur. Bu, ağlagəlməz dərəcədə böyük rəqəmlərdir”.
 
Lakin Tramp öz postunu tərk eləməyi planlaşdırmır: “Öz işimdən xoşum gəlir”. O, respublikaçılar arasında özünə heç kimi rəqib görmədiyini, öz partiyası tərəfindən çox gözəl şəkildə dəstəkləndiyini qeyd edib.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...