ABŞ-lı nazir və FOX kanalı da Səudiyyə Şahzadəsinin konfransını boykot etdi

Baxış sayı: 
42
1  
0  

“Vaşinqton Post”-un Səudiyyəli müəllifi Camal Qaşıqçı-nın aqibətinin qeyri-müəyyən olaraq qalması səbəbindən Ər-Riyadda gələn həftə keçiriləcək FII konfransından dəstəyini çəkən son mətbuat orqanı “Fox Business” oldu.
 
“Çöldəki Davos" kimi səciyyələndirilən tədbirin yeganə Amerikalı media sponsoru olaraq qalan “Fox Business”-in da çəkilmə qərarı alması, konfransın ləğv edilib edilməyəcəyinə yönəlik sualları daha da gücləndirdi.
Qeyd edək ki, “New York Times”, CNN, CNBC, Financial Times, Huffungton Post və Bloomberg konfransdan dəstəyini çəkən digər mətbuat orqanları arasında yer almışdı.
 
Çəkilmə qərarı, ABŞ xəzinə nazirinin açıqlamasından sonra gəldi
 
Bu arada, ABŞ prezidenti Donald Trampı dəstəkləyən yayım qurumu olan “Fox Business”-in sponsorluğunu çəkmə qərarını, ABŞ xəzinə naziri Stiven Mnuçinin konfransa qatılmayacağını açıqlamasından sonra alması diqqəti çəkdi.
Mnuçin, Twitter hesabından günorta saatlarında verdiyi açıqlamada, "Az əvvəl ABŞ prezidenti Donald Tramp və xarici işlər naziri Mayk Pompeo ilə bir araya gəldim və Səudiyyə Ərəbistanının “Gələcəyə Sərmayə Təşəbbüsü” konfransına qatılmamağa qərar verdim" deyə qeyd edib.

Загрузка...
Загрузка...