ABŞ konqresmenlərinin Qarabağ səfərinə sərt reaksiya: “Həmin vertolyotlar vurulsun…”

Baxış sayı: 
42
3  
0  

 
"Təəssüf ki, Azərbaycanın müdafiə naziri hələ də bu hüququmuzdan istifadə etmək istəmir”.
 
 
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ Nümayəndələr Palatasının iki konqresmeni Cudi Çu və Ceki Spayerin Ermənistanın hərbi vertolyotunda
 
Azərbaycanın işğal altındakı ərazisinə qanunsuz səfər etmələrinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:
 
 
"Azərbaycan Xarici İşlər Nazirliyi qanunsuz olaraq işğal olunmuş ərazilərimizə səfər edənləri "qara sıyahı”ya salmaqdan başqa onlara münasibətdə heç nə edə bilmir. Nəticədə xarici ölkələrin yüksək çinli nümayəndələrinin bu istiqamətdə həyasızlığı hələ də davam edir. Azərbaycanın hüququ var ki, qanunsuz olaraq ərazisinə daxil olanları tuta bilmirsə, ən azı məhv etsin. Təəssüf ki, Azərbaycanın müdafiə naziri hələ də bu hüququmuzdan istifadə etmək istəmir. Hər halda onların da bir bildiyi var”.
 
 
C. Nuriyev bildirdi ki, sərhədimizi qanunsuz pozan hərbi və digər vertolyotlar vurulsa, bu digərləri üçün də dərs olar: "Demirəm ki, elə konkret amerikalılar vurulsun, amma ən azından Ermənistandan ərazimizə doğru uçan həmin vertolyotlardan biri vurulsa, bu Azərbaycan sərhədini pozan digər insanlara da dərs olar. ABŞ, Fransa və digər ölkələrdən gəlib qanunsuz olaraq sərhədimizi pozanların vurulması ölkəmiz üçün sözsüz ki, ciddi problemlər yarada bilər”.
 
 
 
 
Politoloqun fikrincə, belə qanunsuzluğa yol verən Paşinyanın vurulması isə Azərbaycana siyasi və hərbi divident gətirəcək: "Ermənilərin, hətta tez-tez Qarabağa qanunsuz səfərlər edən Paşinyanın da bu müstəvidə məhv edilməsi əksinə, Azərbaycana siyasi və hərbi divident gətirər. Sərhədi pozduğu halda, dəxli yoxdur, Paşinyan da vurulmalıdır.Onda Azərbaycanla hesablaşacaq və sərhədimizi pozmaq istəyən bütün digər dövlətlərin nümayəndələri öz yerini biləcəklər. El arasında olan misala görə, "evin köpəyi yatağan olanda, tülkü də hində yatar”. Azərbaycan nə qədər ki, bu məsələdə tolerantlıq nümayiş etdirir, bizə bəla gətirəcək. Burada artıq tolerantlıqdan, humanizmdən söhbət gedə bilməz. Əsasnamədə, qanunda var ki, dövlət sərhədini pozan vurulmalıdır, vurun da!
 
 
 
 
 
Elçin

Загрузка...
Загрузка...