ABŞ İrana qarşı mövqeyini dəyişdirdi: Pompeo 5 ölkəni...

Baxış sayı: 
55
2  
0  

“İranla ön şərtsiz müzakirəyə hazırıq. Bizi harada tapacaqlarını bilirlər”.
 
Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.
 
Səudiyyə Ərəbistanına səfər etməzdən öncə jurnalistlərə açıqlama verən dövlət katibi bildirib ki, səfərinin gündəmi İran məsələsidir:
 
“İrana qarşı qlobal koalisiya qurmağın ilk addımını atırıq. Onlarla (Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) strateji olaraq hansı mövqeyi tutduğumuzu və sadəcə körfəz ölkələrində deyil, Asiya və Avropada da (İrana qarşı) qlobal koalisiyanı yaradacağımızı müzakirə edəcəyik.
 
İranla ön şərtsiz müzakirəyə hazırıq. Bizi harada tapacaqlarını bilirlər. Bizimlə əlaqə yaratmağa hazır olduqlarında müzakirələrə başlaya biləcəyimizə əminəm. Prezident Trampın da dediyi ki, İran xalqı üçün parlaq gələcək istəyirik. Bu müzakirələr onlar üçün çıxış yoludur”.
 
Qeyd edək ki, Pompeo Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən sonra Hindistana, ardınca isə Yaponiya və Cənubi Koreyaya səfər edəcək.
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İran haqqında açıqlamasında “İran razılaşmaq istəyir. Mənim razılaşmam nüvə silahı ilə əlaqədardır. Baxın, İran nüvə silahı sahibi olmayacaq. Hazırda vəziyyətlərindən məmnun olduqlarını sanmıram. İqtisadiyyatları, həqiqətən də, pisdir” sözlərini demişdi.
 
Zümrüd

Загрузка...
Загрузка...