ABŞ hərbi bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb

Baxış sayı: 
45
1  
0  

İranın yanvarın 8-də ABŞ-ın İraqda yerləşən hərbi bazalarına endirdiyi hava hücumu nəticəsində 11 amerikalı hərbçi yaralanıb.
 
Publika.az xəbər verir ki, bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.
 
Məlumatda bildirilib ki, yaralılar kəllə-beyin travması ilə müalicə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər.
 
Qeyd edək ki, ABŞ-ın İraqdakı komandanlığı aviazərbələr nəticəsində bəzi əsgərlərinin kəllə-beyin travması ilə bağlı müalicə edildiyini etiraf etmişdi.

Загрузка...
Загрузка...