ABŞ DEMOKRATLARININ PARLAYAN ULDUZU: 37 yaşlı siyasətçi anket sorğularında qoca rəqiblərini üstələyib

Baxış sayı: 
55
2  
0  

 

İlkin seçki yaxınlaşdıqca demokratlar arasında rəqabət daha da mürəkkəbləşir. CNN-in məlumatına görə, indi Ayova ştatında yeni bir avanqard tapılıb və bu, İndiananın cənubundakı bələdiyyə başçısı Pit Butticicdən başqa heç kim deyil.
 
O, sosioloji sorğulara görə, bir neçə aydır Ayova ştatında keçirilən sorğularda demokratlar arasında liderlik edir.
 
CNN və “Des Moines Registry” anketlərinə əsasən, Butticic sentyabr-oktyabr aylarında keçirilmiş sorğularala müqayisədə, göstəricisini 25% artırıb və heyrətamiz bir atlamala, 16%-lik fərqlə rəqiblərini üstələyib. Bu da ona seçkidə liderlik şansı verir.
 
Butticicin arxasınca növbəti üçlük sıralanır: 16% səslə Elizabet Uorren və Co Bayden, 15% səslə Berni Sanders.
 
Namizədlərin əksəriyyətinin reytinqi azalıb, lakin sentyabrdakı səsvermə ilə müqayisədə, ikinci yerdə olan Elizabet Uorren 2% az səs qazanıb.
 
Sorğuda iştirak edənlər digər namizədlər isə faiz göstəricilərini artıra bilməyiblər. Dördlüyün arxasınca gələn Emi Klobuçar 6%-lə beşinci yerdə qərarlaşıb.
 
Buttacic bütün maliyyə və zamanını xərcləmələri ilə, Ayova ştatında heyrətamiz dərəcədə böyüməyi bacarıb. Güclü kampaniyası və insanların diqqətini özü çəkməsi ilə o, mövqeyini kəskin şəkildə yaxşılaşdırıb. Ancaq gələn ilin fevral ayında keçiriləcək ilkin seçkiər öncəsi o, güclü iştirakı ilə dekabr sorğuları hesabına daha yaxşı şans qazana bilər.
 
Anket sorğuları göstərir ki, onun demoqrafiyası müxtəlif insanlarla möhkəmlənib. Butticic özünü demokrat kimi göstərsə də, demək olar ki, müstəqil siyasətçi təsiri bağışlayır.
 
CNN sorğusuna əsasən, rəyi soruşulanların 63% -i mütləq demokratların ilkin seçkilərində iştirak edəcəyini söyləyib.
 
Anket sorğusunda ilk dəfə iştirak edənlərin 25 faizi Pit Butticicin tərəfdarı olduqlarını və 14 faizi onu ikinci dəfə seçdiklərini söyləyiblər.
 
Barak Obamanı dəstəklədiyi Co Bayden üçün bu göstərici müvafiq olaraq 15 və 13% səviyyəsindədir.
 
Berni Sandersdə oxşar vəziyyətdədir.
 
Ancaq anketin bu sorğusunda Elizabet Uorren, Pit Buttacicdən sonra, digər rəqiblərinə nisbətən, daha yaxşı göstəricilərə sahibdir. İlk anket sorğusunda respondentlərin 20 faizi, ikinci seçimdə 16 faizi ona üstünlük veriblər.
 
 
 
Siyasi yönüm baxımından “ifrat liberalların” 5%-i Pit Butticicə səs verəcəklərini deyib. 63% “sağçı”nın da ilk seçimi Butticicdir. Həmçinin “ultramühafizəkar”ın 13 faizi. “Siyasi meylinə əmin olmayanlar” kateqoriyasındakıların Batticicə verdiyi səs – 17%-dir.
 
Lakin “ultramühafizəkarlar” kateqoriyasının Co Baydenə meyli daha çoxdur – 28%. “İfrat liberallar”ın 7 faizi, “sağlar”ın 55 faizi Baydenə səs verdiklərini söyləyiblər. “Siyasi meylinə əmin olmayanlar” – 11%.
 
“Liberallar” arasında Berni Sanders hələ də çox məşhurdur – 34%. Uorren digər iki namizəd – Butticic və Baydenə nisbətən, sorğularda “liberallar”ın 32% səsini alıb və Berni Sandersdən sonra ikinci yerdədir.
 
Sandersin gənclər arasında daha çox dəstəkçisi var. 35 yaşına çatmayanların 27 faizi ilk seçimlərinin senator Berni Sanders olduğunu söyləyib. Buttacic 20%, Uorren 18% və Bayden 9%-lə ondan sonra gəlirlər.
 
35 yaşdan yuxarı insanlar arasında Bayden və Butticicin vəziyyəti daha yaxşıdır. Butticic – 27%, Bayden – 28%.
 
Anketin bir hissəsi də seçicilərin namizədlərə etimadı ilə bağlıdır. Bu mənada Bayden qalanlarından daha yaxşı durumdadır. Rəyi soruşlanların 25 faizi onun seçkidə Trampa qalib gələcəyinə inanırlar. Ancaq buna o qədər də əmin olmayan insanlar 27 fazidir. Baydenin qəti şəkildə uduzacağına əmin olanlar 27%-ə çatır. Onun qəti qələbəsinə etimad – 21%-dir.
 
Pit Butticicə gəlincə, 16% onun Trampa qarşı yarışda qalib gələcəyinə çox inanır. Təxmini qələbəyə əmin olanlar 30%-dir. O qədər də əmin olmayanlar – 24%; 19% qələbəyə inananlardır.
 
Berni Sanders və Elizabet Uorren sonrakı yerləri bölüşürlər…
 
“Donya-ye eqtesad” (İran), 20.11.2019
 
Tərcümə: Strateq.az

Загрузка...
Загрузка...