ABŞ-dan Ukraynanın paytaxtı ilə bağlı FÖVQƏLADƏ QƏRAR - FOTO

Baxış sayı: 
28
1  
0  

Ukraynanın paytaxtı Kiyev artıq ABŞ-da və beynəlxalq aləmdə rəsmi şəkildə "Kyiv" kimi istifadə olunacaq.
 
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
 
Səfirlik rəsmi feysbuk hesabı vasitəsilə bildirib ki, ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukraynanın paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib.
 
 
 
“Bu dəyişiklik fövqəladə vacib əhəmiyyətə sahibdir. Belə ki, bu addan artıq təkcə ABŞ-da yox, bütün beynəlxalq aviareyslər və xarici hava limanlarında da istifadə ediləcək. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məhz ABŞ Coğrafi Adlar Şurasının bazasından öz uçuş nöqtələrinin adlarının təyini üçün istifadə edir”.
 
Qeyd edək ki, dəyişiklik bazada iyunun 17-də yerləşdiriləcək.

Загрузка...
Загрузка...