​ABŞ-dan təşviş doğuran QƏFİL QƏRAR! - Bəzi xüsusi işçilər istisna olmaqla, bütün əməkdaşlarını İraqdan çıxarır

Baxış sayı: 
45
1  
0  

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi fövqəladə vəziyyətlərdə çalışan şəxslər istisna olmaqla, bütün əməkdaşlarının İraqı tərk eləməsini əmr edib. Qərarın ölkədəki münasibətlərin gərginləşməsi nəticəsində yaranan “hücum şübhəsi” ilə əlaqədar verildiyi bəlli olub. Bağdad və Ərbildə ABŞ diplomatik nümayəndəliklərinə işləyənlərin ölkəni tərk eləməsi əmr edilib. Hər iki nümayəndəlik viza verilməsi proseslərini təxirə salıb.
 
ABŞ-ın İraqdakı səfirliyi bazar günü axşam “Tvitter” şəbəkəsində açıqlama verərək, “regionda artan gərginlik” ilə əlaqədar vətəndaşlarının İraqa gəlməməsini tövsiyə eləmişdi.
 
“İran dəstəkli qüvvələr hücum edəcək” iddiası
 
Bundan əvvəl İraqdakı şiə milis qruplarının ABŞ bazalarına yaxın bölgələrə raket qurğuları yerləşdiriyi məlumatları alındığı iddia edilmişdi.
 
“Röyters”də yayılan xəbərə görə, bu iddianın ardından İraqa səfər edən ABŞ xarici işlər naziri Mayk Pompeo İraq hakimiyyətinə bu milis qruplarına nəzarət edə bilməyəcəkləri təqdirdə özlərinin güc tətbiq edərək bunu edəcəklərini bildirmişdi.

Загрузка...
Загрузка...