ABŞ-dan Rusiyaya qarşı ŞOK ÇAĞIRIŞ: hava məkanlarınızı...

Baxış sayı: 
47
0  
0  

 

ABŞ dünyanın bütün ölkələrini Rusiya təyyarələrini Venesuelaya buraxmamağa çağırır.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus tvitter hesabında yazıb.
 
Onun sözlərinə görə, ABŞ Venesuelaya uçan Rusiya təyyarələri üçün öz hava məkanını bağlayan Maltanın qərarını dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, dünyanın bütün ölkələri Venesuela prezidenti Nikolas Maduroya verilən dəstəyə mane olmaq üçün bu nümunəni izləməlidir.
 
Daha əvvəl yayılan xəbərə görə, Malta Venesuelaya Rusiya təyyarələrini buraxmayıb. Rusiyanın Xarici İşlər Nazirliyi bu qərarı “düşməncəsinə addım” adlandırıb.
 
Qeyd edək ki, Venesuela müxalifətinin lideri Xuan Quaydo yanvarda özünü ölkənin müvəqqəti prezidenti elan edib. Bundan dərhal sonra ABŞ, Kanada, Latın Amerikası ölkələrinin əksəriyyəti, bəzi Avropa İttifaqı ölkələri və başqa dövlətlər rəsmən onu müvəqqəti prezident kimi tanıyıblar.
 
Nikolas Maduronu Rusiya, Meksika, Kuba, Boliviya və Türkiyə dəstəkləyir.

Загрузка...
Загрузка...