​ABŞ-dan Rusiyaya İKİNCİ ZƏRBƏ: Trampa göndərildi

Baxış sayı: 
29
1  
0  

ABŞ “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini hazırlayıb. Paket dövlət katibi və prezidentə göndərilib.
 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin müavini Andrea Tompson bildirib.
 
Qərar Amerika administrasiyasının ümumi “Rusiya strategiyası”nın əsasında qəbul ediləcək.
 
“Biz bu sanksiyaların analizini keçirdik, onları hazırladıq və dövlət katibi Mayk Pompeo ilə prezident Donald Trampa göndərdik. Deyə bilərəm ki, bu qərar daha geniş Rusiya strategiyasının bir hissəsidir”,- Tompson Senatda keçirilən dinləmələrdə deyib.
 
Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya ötən il martın 4-də Böyük Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənib. London hadisəyə görə Rusiyanı ittiham edib. London hesab edir ki, Rusiya dövləti Skripalın zəhərlənməsinə A234 maddəsi ilə cəlb olunub.
 
ABŞ da eyni fikirdədir. Vaşinqton 2018-ci ilin avqustunda Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib və məhdudlaşdırıcı ölçülərin ikinci paketini qəbul edəcəyinə söz verib.
 
Moskva isə na yönələn bütün ittihamları qəti surətdə rədd edir.

Загрузка...
Загрузка...