​ABŞ-dan Ərdoğana sürpriz: Nə baş verir? - İdlib ətrafında gərginlik

Baxış sayı: 
95
2  
0  

 
“ABŞ-ın Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemləri satacağı inandırıcı deyil”.
 
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
 
Ekspert ABŞ-ın Türkiyəyə yeni hava hücumundan müdafiə sistemləri satacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
 
“Bir neçə gündür yerli və türk mediasında “Patriot” sistemlərinin Türkiyənin Suriya ilə sərhədlərinə göndəriləcəyi haqda məlumatlar dolaşır. Hesab edirəm ki, ABŞ Türkiyə və Rusiya arasında müharibə (bu ola bilməz) başlasa belə, Ərdoğana “Patriot” verən deyil. İkincisi, bir İdlibə görə nə Ərdoğan, nə də Putinlə münasibətləri pozmazlar. Əsəd İdlibi ala bilməyəcək, o heç kimdir. Oynadılar, dayandılar, indi də bazarlıq davam edəcək”.
 
 
 
Zaur Məmmədov bu ilin son aylarında ABŞ-da keçiriləcək prezident seçkisinə də diqqət çəkib:
 
“ABŞ- da gözlər prezident seçkilərindədir. Rusiya üçün Trampın növbəti dəfə qalib gəlməsi vacibdir. Bu arada, Rusiya və ABŞ arasında “soyuq müharibə”nin olacağını, münasibətlərin bu həddə qədər gərginləşəcəyini ancaq sadəlövhlər düşünə bilər. Rusiya və ABŞ dünyanı yenidən böləcəklər”.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...