ABŞ-dan İrana TARİXDƏ GÖRÜNMƏMİŞ ZƏRBƏ - Tramp açıqladı

Baxış sayı: 
26
1  
0  

Vaşinqton İran Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib.
 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
 
“Bu, indiyə kimi tətbiq olunan sanksiyaların ən sərt səviyyəsidir”, - Tramp jurnalistlərə deyib.
 
İrana qarşı mümkün hərbi addımlara gəlincə, Amerika lideri bildirib ki, ABŞ "həmişə hazırdır".
 
Öz növbəsində, maliyyə naziri Stiven Mnuçin qeyd edib ki, Mərkəzi Bank Tehran üçün vəsaitlərin son mənbəyi idi.
 
"Biz Mərkəzi Banka və Milli İnkişaf Fonduna qarşı sanksiyalar daxil etdik. Onlar bizim maliyyə sistemimizdən kəsiləcək", - Mnuçin vurğulayıb.
 
Qeyd edək ki, İran Mərkəzi Bankı ölkədə ən böyük ticarət maliyyə institutudur. 2016-cı ildə onun aktivləri təxminən 80 milyard dollar qiymətləndirilirdi. Bankın bütün ölkə üzrə təxminən üç min şöbəsi var.

Загрузка...
Загрузка...