ABŞ-dan DƏHŞƏTLİ HÜCUM - İran qüvvələrinin BAZALARI DARMADAĞIN EDİLDİ

Baxış sayı: 
191
2  
0  

ABŞ-ın Hərbi Hava Qüvvələri İraqda İranın əmrində olan silahlı qruplaşmaların mövqelərinə aviazərbələr endirib.
Turaninfo.org xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.
Bildirilib ki, Babil, Kərbəla, Səlahəddin, Ənbar və digər şəhərlərdə Haşdi-Şabi və Hizbullah qruplaşmaları hədəfə alınıb.
İraqın rəsmi qurumlarından məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. ABŞ Müdafiə Nazirliyi isə faktı təsdiqləyib.
Qeyd edək ki, ABŞ-ın Bağdadda Taci hərbi bazasına təşkil edilən raket hücumundan sonra İranın silahlı qruplaşmalarına qarşı qisas hücumu həyata keçiriləcəyi bildirilmişdi. Həmin hücumda 2 ABŞ əsgəri ölmüş, 14 nəfər isə yaralanmışdı. Pentaqon hücumda 1 Britaniya əsgərinin də öldüyünü bildirmişdi.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kətaib Hizbullah təşkilatına aid silah anbarlarınına hava hücumu təşkil etdiklərini açıqlayıb.
Pentaqondan verilən yazılı açıqlamada təşkilatın 5 silah anbarının vurulduğu və gələcəkdə ABŞ ordusuna qarşı baş verə biləcək hücumların potensialının böyük ölçüdə azaldıldığı bildirilib.
Hücumun balanslı və müdafiə məqsədli olduğunu bildirən nazirlik terror qruplaşmalarının ABŞ və koalisiya qüvvələrinə qarşı təzyiqlərini dayandırmasını istəyib. Əks təqdirdə, bunun əvəzini onların istədiyi zaman və məkanda ödənəcəyini qeyd edib.
 

Загрузка...
Загрузка...