ABŞ-DAN ÇİNƏ S-400 SANKSİYASI

Baxış sayı: 
44
1  
0  

Turaninfo.org xəbər verir ki, ABŞ Çinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən bu ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarına qarşı sanksiya tətbiq eləmək qərarı verib.

ABŞ-dan olan bir yüksək vəzifəli məmur dünən keçirilən mətbuat konfransında deyib: “Bu tədbirləri görməliyik. Çünki, Çin Rusiya ilə birlikdə 2017-ci ilin dekabr ayında, yəni sanksiyalar qüvvəyə mindikdən sonra, Suxoi hərbi təyyarələrinin, xüsusilə də Su-35-lərin alınması məsələsində razlıq əldə eləyib. Bu, həm də bu ilin yanvar ayında alınan S-400 sistemlərinə də aiddir. Hər iki sövdələşmə Rusiyaya qarşı sanksiyalar qüvvəyə mindikdən sonra baş tutub və Çin Müdafiə Nazirliyinin təchizat departamenti ilə Rosoboroneksport (Rusiyanın dövlət silah ixracat şirkəti) tərəfindən imzalanıb. Əməkdaşlarınızı yeni sanksiyaların hədəfi olaraq görəcəksiniz”.

Загрузка...
Загрузка...