​ABŞ-da ağdərili-qaradərili ayrı-seçkiliyi: təhlükə böyüyür - ağ fiqurlar başlayır və iki gedişə öldürür

Baxış sayı: 
102
4  
0  

Minneapolis şəhərində baş verənlər dünyanın ən qüdrətli dövlətindəki parçalanmanı göstərir
Xəbər verildiyi kimi, ABŞ-ın Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən vəhşi davranış sayəsində dünyasını dəyişməsi bütün ölkədə ciddi etirazlara səbəb olub.
 
“The New York Times” qəzetinin yazdığna görə, iş o həddə çatıb ki, şəhərin afro-amerikalı polis rəisi Medariya Arradondo 4 əməkdaşı işdən çıxarıb, Federal Təhqiqatlar Bürosuna şikayətlə müraciət edib, üstəlik, rəhbərlik etdiyi qurumu məhkəməyə verib.
 
Lakin bu da hadisəyə görə qəzəblənən yüzminlərlə amerikalını sakitləşdirməyib və onlar həmin polisin ədalətli şəkildə cəzalandırılmasını tələb edirlər. İnsidentlə bağlı emosiyalarını cilovlamayan vətəndaşlar acıqlarını iğtişaş törətmək və şəhər mağazalarını qarət etməklə çıxıblar.
 
“The New York Times” qəzetinin yazıdğına əsasən, bu Minneapolis şəhər polisinin irqi zəmində adının qarışdığı ilk qalmaqal deyil.
 
Ümumiyyətlə, amerikalı ağdərili polislər son illərdə rəngli əhaliyə qarşı xüsusi dözümsüzlük nümayiş etdirməkdən çəkinmirlər. Qəzet Corciya ştatında polislər tərəfindən öldürülən Əhməd Ərbəri, habelə Erik Qarner və Maykl Braun cinayətlərini yada salıb.
 
Konkret olaraq Corc Floydun ölümündə adı hallanan polis zabitlərindən biri Derek Şovenə qarşı əvvəllər də şikayətlər gəlibmiş. Polis departamentində 19 ildən çox qulluq edən 44 yaşlı veteran təqib edilən vətəndaşlara yönəlik hərəkətələrinə və davranışlarına görə 3 dəfə şiddətli töhmət alıb. “The Pioneer Press” saytının yazıdğına əsasən, 2008-ci ildə o, silahını almağa cəhd edən bir nəfəri güllələyib.
 
44.jpg (176 KB)
 
“Communities United Against Police Brutality” təşkilatının məlumatına görə isə, həmin polis iştirakçısı olduğu başqa iki atşma zamanı bir vətəndaşı öldürüb.
 
Lakin burada əsas problem polislərin öz xidməti vəzifələrini yerinə yetirmələri zamanı tətbiq etdikləri metodlarla bağlı deyil. Problem onların əhalini qaradərili kəsiminə qarşı sərgilədikləri xüsusi aqressiyadadır.
 
Afroamerikalılar Minneapolisin cəmi 20%-ni təşkil etsə də, ən çox həbsə, işgəncəyə məruz qalan da onlardır. 2009-2019-cu illər ərzində polislərin atəş açdığı vətəndaşların 60%-i qaradərililər olub.
 
Doğrudur, qaradərili polislərin adının qarışdığı insidentlər də mövcuddur. Məsələn, 2017-ci ildə Jüstin Ruşik Deymon adlı ağdərili bir qadın afro-amerikalı polis tərəfindən ölümcül şəkildə yaralanmışdı. Lakin onun ailəsi buna görə 20 milyon dollar təzminat alıb, üstəlik, polisin özü həbs edilib. Lakin iki il sonra Turman Blevins adlı başqa bir qaradərili vətəndaş ona yaxınlaşan iki ağdərili polisə “xahiş edirəm, mənə atəş etməyin, məni rahat buraxın” deyə qışqırsa da, güllələnərək öldürülüb. Onun ölümü həmin vaxt böyük etirazlara gətirib çıxarıb.
 
“Həqiqət ondan ibarətdir ki, bizim şəhərin olduqca qaranlıq tarixi var. Polis departamenti əhali arasında fanatik və qaradərili əhalinin qayğısına qalmayan qurum kimi tanınır”,-deyə 41 yaşlı Camar Nelson bildirib.
 
Şəhər statistikasına görə, 2012-ci ildən bu yana polis əməkdaşlarından verilən şikayətlərin sadəcə 1%-i inzibati cəzalandırma ilə bitib. “Bütün bunlar Minneapolisin polis departamentinin “mədəniyyətini” göstərir. Onlar özlərini bütün məsuliyyət növlərindən azad edilən insanlar kimi aparırlar,”-deyə “Communities United Against Police Brutality” təşkilatının prezidenti Mişel Qross qəzetə danışıb.
 
Musavat.com

Загрузка...
Загрузка...