​ABŞ Çini parçalamaq üçün hərəkətə keçdi – Qarşıdurma şiddətlənir

Baxış sayı: 
82
2  
0  

ABŞ-Çin qarşıdurması fonunda Tayvana 180 milyon dollarlıq silah satışının təsdiqlənməsi gərginliyi daha da yüksəltdi.
 
Publika.az xəbər verir ki, Dövlət Departamenti Tayvana 180 milyon dollarlıq müasir silahların satılmasına icazə verib.
 
Bu barədə ABŞ Müdafiə və Təhlükəsizlik Agentliyinin (DSCA) rəsmi məlumatında deyilir.
 
DSCA-nın məlumatına görə, silahların satışı Tayvanın istəyi ilə həyata keçirilir və satılan silahların texniki xidmətini də ABŞ şirkəti həyata keçirəcək.
 
Çin silah satışının dayandırılması çağırışını edib.
 
“ABŞ-ı ikitərəfli münasibətlərə və Tayvan boğazında sülhə, sabitliyə zərər verilməməsi üçün silah satışını dayandırmağa çağırırıq. Vaşinqton “Tək Çin” prinsipinə əməl etməlidir”, - Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Coa Licien deyib.
 
ABŞ dövlət katibi Mayk Pompeo isə dünən idarəçilik müddətinin ikinci dövrünün başlanması münasibəti ilə Tayvan lideri Tsay İnvenə ünvanladığı təbrik məltubunda ona “prezident” olatraq xitab edib.
 
Qeyd edək ki, ABŞ və Çin qarşıdurması koronavirus pandemiyasının yayılmasından sonra pik həddə çatıb. Pentaqonun 20130-cu ildə Çinlə müharibə ssenariləri üzərində çalışdığına dair məlumatlar var.
 
Asif

Загрузка...
Загрузка...