ABŞ-ın bu qərarı islam aləminə fəlakət gətirəcək – Ərdoğan

 
ABŞ-ın Qüdsü İsralin paytaxtı kimi tanımaq istəyi islam aləmində böyük fəlakətə səbəb olacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı II Abdullah ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, sözügedən addım terror qruplaşmalarının mövqeyini gücləndirə bilər:
 
“Qardaşım kral Abdullahla regionda baş verən prosesləri müzakirə etdik. Ən önəmli mövzu Qüdslə bağlı baş verənlərdir. Qüdsün müqəddəsliyi və tarixi mühafizəsi məsələsində həmfikirik. Qüdslə bağlı atılan yanlış addım sülh prosesinə ağır zərbə vuracaq. Yeni münaqişə üçün qığılcım olacaq”.
 
Qeyd edək ki, Trampın bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və ABŞ səfirliyini bura köçürəcəyi gözlənilir. Trampın qərarı artıq bir sıra müsəlman ölkələrində narazılıq yaradıb. ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi haqqında qərarı 1995-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub.

Загрузка...
Загрузка...