"Abel Məhərrəmovun şərab içdiyini görməmişəm" — BDU-nun professoru sabiq rektoru MÜDAFİƏ ETDİ

Baxış sayı: 
49
1  
0  

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə ötən həftə rektorluqdan çıxarılan akademik Abel Məhərrəmovun adının şərab biznesində hallanması məsələsindən danışıb. 

Turaninfo.org xəbər verir ki,Professor Demokrat.Az-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun şərab biznesilə məşğul olması inandırıcı deyil:

"Abel Məhərrəmov yaxşı adam idi. Bizdə belədir də! Yaxşı olanda demirlər ki, yaxşısan. Amma bir dəfə səhv edəndə, adamın üzərinə düşürlər. Mən Abel Məhərrəmovun şəxsi işlərinə bələd deyiləm. Amma onun şərab, içki düşkünü olduğuna inanmıram. Bunu deyənlərin xüsusi məqsədləri var. Şəxsən mən Abel Məhərrəmovun şərab içdiyini görməmişəm. Ümumiyyətlə o, maraqlı şəxsiyyətdir".

Demokrat.Az  

 
Загрузка...
Загрузка...