Abel Məhərrəmovun sonunu gətirmiş qonaqlıqda onunla yeyib-içmiş millət vəkili bəlli oldu - FAKT

Baxış sayı: 
96
1  
0  
Ölkə gündəmini müəyyənləşdirmiş xəbərlərin başında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılmış təfərrüatlardır.
Savash.org xatırladır ki, bu haqda geniş təfərrüatları açıqlamış musavat.com-un məlum yazısında aydınlaşdırılmasını vacib bildiyimiz vacib bir məqam da var. Bu ondan ibarətdir ki, adıçəkilən sayt Abel Məhərrəmovun Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və onun qudası Əli Evsenlə yaşadığı problemə diqqət çəkir, qeyzlənmiş rektorun Madridin "Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyi millət vəkillərindən biri ilə yeyib-içdikdən sonra dava-dalaş saldığını iddia edib. Maraqlıdır, bəs kimdir, həmin müəmmalı millət vəkili? Bu haqda bir qədər sonra, hələliksə olayla bağlı həmin yazıdan bəzi vacib çıxarşlara yenidən göz ataq:
“Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər "maraqlı macəralar”la zəngin olub. Əvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib”.
Sayta daha sonra yazır: “Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır. Lakin A. Məhərrəmovu "yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin "Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə "haqq-hesab çürütmək” fikrinə düşüb. "Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar”.
Savash.org həmin müəmmalı millət vəkilinin kimliyi ilə bağlı media üzərindən kiçik araşdırma aparıb. Belə ki, sözügedən beynəlxalq tədbirdən öncə və sonra ölkə mediasında, xüsusilə də rəsmi agentliklərin mövzuyla bağlı xəbərlərinə təkrar baxış zamanı Abel Məhərrəmova badə yoldaşlığı etmiş millət vəkilinin kim ola biləcəyinə dair mühüm ipucu tapmışıq. İndi də gəlin, həmin ipucuna diqqət yetirək:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete daxildir”. (bu yazı Azərtac-da 07.11.2017 saat 11:50-də dərc olunub - savash.org) bu isə həmin yazının linkidir: https://azertag.az/xeber/Madridde_Islam_hemreyliyi_ve_dinlerarasi_dialoqun_sulhe_ve_multikultural_heyata_tohfesi_movzusunda_beynelxalq_konfrans_kechirilib_VIDEO-1109547
Savash.org xatırladır ki, Azərtac-ın rəsmi xəbərində açıq şəkildə bildirilir ki, həmin nümayəndə heyətinin tərkibində iki millət vəkili olub: Rafael Hüseynov, Hikmət Məmmədov...Musavat.com isə yenə açıq şəkildə yazıb ki, Abel Məhərrəmov “adını çəkmək istəmədiyimiz” millət vəkillərindən biriylə yeyib içdikdən sonra dava salıb. Məntiq isə lap açıq şəkildə pıçıldayır ki, məlum dava-dalaşdan öncə Abel Məhərrəmova badə yoldaşlığı etmiş müəmmalı millət vəkili bunlardan biridir: Ya Rafael Hüseynov, ya da Hikmət Məmmədov...

Savash.org

 
 
Загрузка...
Загрузка...