Abel Məhərrəmov Azərbaycan əsgərindən 40 min manat rüşvət alıb?

Baxış sayı: 
75
1  
0  

Azərbaycanda Təhsil haqqında Qanuna görə heç bir tələbə əsgərlikdə ola-ola məzuniyyətə gəlib oxuduğu Universitetdə dövlet İmtahanı verib yenidən hərbi xidmət yerinə qayıda bilməz. Bu, birmənalı olaraq belədir. Lakin bu qanun BDU rəhbərliyindən qovulmuş Abel Məhərrəmov üçün görünür keçərsiz olub.

2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedir. Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Bunu necə etdiyi də möcüzəli deyil. Belə ki, o, may ayında 2 günlük məzuniyyətə gəlir, rüşvətxor rektorun pul qarşılığında yaratdığı müstəsna “şəraitdən” faydalanaraq dövlət imtahanında iştirak edir. “İmtahan verib” geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.

Abel Məhərrəmov bu qanunsuz əməliyyatı həyata keçirmək üçün tələbənin valideyinindən əvvəlcədən 40 min manat alır.

Diqqətə çatdıraq ki, sözü gedən məlum tələbə Masallı şəhərinin prokuroru Allahverdi Novruzovun oğludur.

Prokuror öz oğlu üçün bu lüksü əvvəlcə öz əlaqələri hesabına təmin etmək istəyir və xərc çəkmək istəmir. Buna görə də, o, oğlunun problemini həll etdirmək üçün vəzifə sahibi dostlarından xaislər edir. Abel Məhərrəmov bu şəxslərə “baş üstə” desə də bu xahişləri pulsuz olduğuna görə yerə salmağa “məcbur” olur.

Xahişin yerə salındığını, daha doğrusu, Abel Məhərrəmovun onu qəsdən yerə atdığını görən Masallı şəhər prokuroru Bakıya təşrif buyurur, Abel Məhərrəmova 40 min verib geriyə qayıdır.

Xatırladaq ki, Allahverdi Novruzov 2008- ci il sentyabr ayının 28-də (10 il əvvəl) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bakı Dövlət Universitetinin vəzifədən qovulmuş rektoru Abel Məhərrəmov isə bu əməliyyata görə heç bir məsuliyyət daşımayıb…

P.S: Abel Məhərrəmovun qanunsuz əməllərini araşdıran aidiyyatı qurumlar onun cinayətlərini araşdıran zaman bu faktı da diqqətdən qaçırtmamalıdırlar.

/cahan.info

 
Загрузка...
Загрузка...